Dərc edildi: Baxış sayı: 877
Alimlərin fikrincə avtomobil bu il Qırmızı Planetə yaxınlaşacaq.
ABŞ Perdyu Universitetinin alimləri hesab edir ki, kosmosa buraxılmış Tesla Rodster avtomobili Marsla toqquşduğu halda Qırmızı planetdəki həyatı məhv edə bilər.
Alimlərin fikrincə, avtomobil buraxılmazdan əvvəl lazımı steril emalından keçirilməyib.
“Əgər Marsa bioloji həyat mövcuddursa, onun Yerin orqazimləri ilə qarışmaq riski var. Yerdəki həyatın nümayəndələri Marsa uyğunlaşa biləcəkmi, beləliklə biz onun biosferininin necə olmasını bilməyəcəyikmi?”, - professor Cey Meloş deyib.
Qeyd edək ki, mütəxəssislərin hesablamalarına görə SpaceX şirkətinin buraxdığı avtomobil Qırmızı planetə bu il yaxınlaşacaq.
Tərcümə: Famil Ələkbərov
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət