Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: Mənim metodum və cari işim

Nikola Teslanın gündəliyi: Mənim metodum və cari işim
Sakura

Nikola Teslanın gündəliyi: Mənim metodum və cari işim

Mən çox şey izah edə bilərəm, ancaq beynimin necə işlədiyini izah edə bilmərəm. Suallara cavabları uzun düşündürücü iş nəticəsində alıram. Mən ilk növbədə düşünən və daha sonra təcrübəçiyəm. Əvvəlcə fikirləşmək və daha sonra isə təcrübələr keçirmək lazımdır, əks halda elmi axtarışın əvəzində qaranlıqda dolaşacaqsan. Digər suallara cavablar ağlıma dərhal gəlir.  Fikirləşən kimi bütün mənzərəni görürəm. Bu ilk dəfə 1882-ci ildə Budapeştdə olarkən baş verdi, parkda gəzərkən qəflətən dəyişən cərəyanla işləyən mühərrikin sxemini gördüm. Nə baş verdiyini anlamadan mən cəld sxemi qum üzərində qamışla çəkdim, çünki bu hadisəyə qədər mənim üzərimdə bloknot və karandaş gəzdirmək vərdişim yox idi. Bu vəhy məni indiyə qədər ziyarət edən uzun vəhy zəncirindən birincisi idi. Naməlum şəkildə mən gələcəyə baxa bilirəm və oradan öz suallarıma cavab əldə edə bilirəm. Söhbət məntiqi yolla edilən kəşfdən getmir, heç bir zehni iş olmadan suala ətraflı cavabın formalaşmasından gedir. Mən sanki zamanın içərisindən baxıram və hələ olmayanları görürəm.

Mənim ağlım elə qurulub ki, hər şeyi bilmək üçün dərhal açıqlama tapır. Mən boşqabdakı supun həcmini hesablamadan və onun lazım olan qədər olmasından əmin olmadan yeməyə başlamıram.

Əlbəttə mənim vəhyimin təbiəti məni çox maraqlandırırdı. Özüm sərbəst bu suala cavab tapmayanda mərhum professor Holla kömək üçün müraciət edirdim. O illərlə məni öyrətdi, lakin heç nəyi izah edə bilmədi. Daha sonra izahı özüm tapdım. Mən qərara gəldim ki, mənimlə hansısa yad planetli sivilizasiya (çox güman ki, marslılar) əlaqə saxlayır.  Bu nəticəyə məni vəhy və Marsın göyündə özümü görməyim arasında olan əlaqə gətirdi. Doğru cavab mənə bir az sonra gəldi. Mən oyandım – mənim ilk fikrim o oldu ki, mənim bütün vəhylər Allah tərəfindən göndərilmiş möcüzələrdir. Mən Ona inanmırdım, lakin mən  inadkar və məğrur idim. O isə ata kimi uzun illər ərzində mehribancasına və səbrli olaraq davamlı Özünün mövcudluğunun sübutunu göndərirdi. Həmin gün mən öz  qaydamı pozdum. Oteldən qaçaram taksiyə oturdum və məni pravoslav kilsəsinə aparmağı xahiş etdim. Mən onun yerini bilmirdim, taksi sürücüsü də bilmirdi və kömək üçün müraciət etdiyim polislər də bilmirdi. Təkcə bir faktla mənim həmin anda nə qədər həyəcanlı və çaşqın olduğumu düşünmək olar.  Nyu-Yorkda boş-boşuna fırlandığıma yerlilərimdən kiməsə zəng edib dua etmək üçün hara gedildiyini soruşa bilərdim. Lakin mən belə etməyi düşünmədim. Axtarışımızdan bir saat və səkkiz dəqiqə sonra növbəti polis xatırladı ki, onun evinin yanında pravoslav kilsəsi var. “Onun damında xaç və günbəz var”, - o dedi. “Bəli! – ucadan elə dedim ki, polis və sürücü səksəndi.  – Xaçla günbəz! Biz ora getməliyik!”. Biz 97-ci küçədəki Müqəddəs Nikolay kilsəsinə gəldik. Yuxarıda qeyd etdiyim mənə göndərilən işarələrdən sonuncusu idi. İmana gələrək mən ilk dəfə kilsədə dua etdim.

Daha sonra professor Holla təsadüfən görüşəndə baş verənləri ona danışdım. Mən bacılarım və bacım oğlu Sava istisna olmaqla heç kimlə sirlərimi bölüşməyi xoşlamıram, lakin Holl bu problemin həll olunmasında iştirak edib və onun necə həll olunduğu barədə danışmaq mənim borcum idi. Mən həll olunmamış problemin nə qədər əzablı olmasını hamıdan yaxşı bilirdim! O – sanki insana rahatlıq verməyən beyni deşən bir tikandır. Tamamilə fərqli bir şey barədə düşünürsən, lakin fikirlər daim insanı çaşdırır. Mənim hekayəmə qulaq asıb Holl gülümsədi və dedi ki, o bu nəticəyə mənimlə işləyərkən gəlmişdi, lakin mənim Allaha inanmadığımı dəfələrlə dediyimi biləək öz mülahizələrini bölüşməmək qərarına gəlib. Holl və onun həmkarlarının bir müdrik qaydası var – insana inana bilməyəci və qəbul edə bilməyəcəyi şeyi demək lazım deyil. Həmin vaxt Holl mənə vəhyin Allah tərəfindən göndərildiyini desəydi mən ona inanmazdım. Ona hətta fırıldaq da deyərdim. Qəzəblənəndə mən dilimə hakim ola bilmirəm və dediyim sözləri düşünmürəm.

Beləliklə mənim elmi metodum iki hissədən ibarətdir – Allah tərəfindən göndərilmiş vəhy və zehni əməyin nəticələri. Vəhy mənim elmin patent sahiblərə deyil, bütövlükdə bəşəriyyətə xidmət göstərməsi haqqında olan fikirlərimi yekun olaraq möhkəmləndirdi. Allah mənə suallara cavabı ona görə vermir ki, mən növbəti patenti alım. Mənə məlum olmayan səbəblərə görə O məni Onunla insanlar arasında vasitəçi kimi seçib. Mənim borcum isə Yuxarıdan əldə etdiyimi insanlara ötürməkdir. Mən həmişə hesab edirdim ki, insanlar üçün yaşayıb işləyirəm. Hətta inanmadığım vaxtlarda da belə hesab edirdim. Bizdə belə deyirlər: “Yaxşı at qaranlıqda belə azmır”. Yəqin ki, mən yaxşı at olmuşam – hətta ruhda imansız, yəni – kor olaraq lazımi istiqamətdə gedirdim.

Mənim elmi metodum barədə bəhs etdim. Mənim beynimi məşğul edən problemə keçirəm.

1884-cü ildə Nyu-Yorka getməmişdən əvvəl Parisdə məni qarət etdilər. Həm pulları, həm də əşyaları oğurladılar. Məndə qalan azacıq pul mənə Havr şəhərinə qədər getməyə ancaq bəs edirdi. Mən planlarımı dəyişdirməyi xoşlamıram, əsasən Parisdən Nyu-Yorka köçmək planını. Mən kart nömrəsini xatırlayırdım və gəmiyə biletsiz buraxıldım. Gəmi hərəkət etməyə yaxın aydın oldu ki, mənim yerimə ayrı namizəd yoxdur. Planları dəyişməyə ehtiyac olmadı, lakin səyahət əzablı oldu. Heç bir əşya və pul olmadığına görə mən bütün günü darıxdırıcı salonda oturub aclığı zehni işlə boğmalı oldum. Mən işlə məşğul olanda yemək də daxil olmaqla hər şeyi unuduram. Lakin uzun müddətli aclığı boğmaq alınmırdı, xüsusən gəmidə. Əlavə olaraq kayuta çox çirkli idi, yataq dəsti elə vəziyyətdə idi ki, ancaq güclü yorğunluq məni həmin yatağa uzanmağa vadar edirdi. İlk gecədə daha bir dilxorçuluq əlavə olundu – taxtabiti, okean sakit olmayanda isə yırğalanma oldu və mən çox rahatsız oldum. Bütün bunlar birlikdə üç sutkaya məni elə vəziyyətə gətirdi ki, məni göyərtədə görən kapitan mənim xəstələndiyimi fikirləşdi. Gəmilərdə xəstəliklərə çox ehtiyatla yanaşırlar, çünki əgər xəstəlik keçicidirsə gəmi şəraitində o çox sürətlə yayılır. O məni gəmi həkimin yanına aparmaq istəyirdi. Lazımsız yoxlanışdan qurturmaq üçün (mən həkim yoxlanışını çox ağır keçirirəm) mən həqiqəti deməli oldum. Kapitan mənim mətbəxdən nə üçün yemək istəmədiyimi soruşdu, mənə etiraz etməzdilər. Mən cavab verdim ki, mən heç nə barədə xahiş etmirəm, prinsiplərim buna imkan vermir və öz növbəsində hər hansı bir mexanizmi təmir etmək lazım olub-olmadığını soruşdum. İş onunla bitdi ki, kapitan məni onun özü və köməkçiləri ilə nahara dəvət etdi. Dəvət bütün qaydalara uyğun oldu və mən də onu qəbul etdim. Kapitanın xeyirxahlığı məni xilas etdi. Düzdür, Nyu-Yorka çatana iki gün qalmış mən məndən asılı olmayan səbəblərdən onun göstərişindən məhrum oldum, lakin o vaxta qədər mən özümə gələ bildim, yırğalanmağa öyrəşdim, kayutadan taxtabitilərin demək olar hamısını çıxardım və buna görə də iki gün yeməksiz olmaq məni narahat etmədi.

Mən hər şeyi ətraflı izah edirəm ki, bu səyahət zamanı Avropadan Amerikaya səyahətə bu qədər vaxt sərf etməyin və bu qədər əzaba dözməyin nə qədər axmaq olması barədə fikirlər mənə nə qədər güclü əzab verdiyi aydın olsun. Hətta müasir gəmilərdə belə üzmək çox əzablıdır. Hətta dənizə öyrəşən və onu doğma evi hesab edən gəmiçilərin özləri  belə porta yaxınlaşanda uşaqlar hədiyyəyə sevindiyi kimi sevinirlər. Kapitanın köməkçisindən paroxod haqqında bütün məlumatları öyrəndikdən sonra mən bu sayda insanı daha böyük sürətlə daşıya biləcək uçan aparat haqqında düşünməyə başladım. Mənim o vaxtkı hesablamalarım çox optimistik idi. Hələ heç bir praktik nümunə mənim 1884-cü ildə təsəvvürümdə yaratdığım təyyarəni “ötə” bilməmişdi. Məsələ burasındadır ki, təcrübəsiz olduğum üçün mən uçuşa təsir edən bütün göstəriciləri nəzərə almamışdım və bundan əlavə bütün hesablamaları hansısa ideal yüksək effektivli yanacaqla aparmışdım. Səyahətin doqquzuncu günü mənə növbəti vəhy gəldi. Mən anladım ki, üçölçülü fəza  ifadə olunmuş elektromaqnit gücünün (“ifadə olunmuş” deyəndə nəhəng gücü nəzərdə tuturdum) təsiri altında boruya daxil ola bilər. Mənə prosesin məğzini riyaziyyat və fizika bilməyən insanlara sadə dildə başa salmaq çətindir. Mənə elə gəlir ki, “boruya keçmək” ifadəsi daha çox uyğun izahdır. Kağız vərəq götürün, onu boru kimi bükün, iynəni sancın və sonra çevirin. Siz görəcəksiniz ki, deşiklər bir-birindən nə qədər aralıdır (nisbi uzaq).  Lakin axı vərəq bükəndə onlar bir-birinə yaxın yerləşirdi. Əgər fəzanı çox böyük güclə elektromaqniz dalğaların vasitəsilə çevirsək onda kontinetləri yaxınlaşdırmaq, nəyi hara istəsəniz bir neçə saniyəyə daşıya bilərsiniz! Bu heyrətamiz vəhy məni o qədər heyrətə gətirdi ki, mən az qala dənizə düşmüşdüm. Mən özümə söz verdim ki, imkan düşən kimi bu ideyanın layihələndirməsinə başlayacam. Lakin belə alındı ki, onunla ancaq keçən il məşğul ola bildim. Müxtəlif sorğular fərqli dəyərlərə malikdir. Bu layihə çox bahalıdır, ən azı dörd yüksək gücə malik elektromaqnitin inşasını və digər xərclər tələb edir.

Mən “Dünya sistemi”nin yaradılmasının sonunda sınaqlara başlamağı planlaşdırırdım, lakin onu həyata keçirmək qismət olmadı. Mən ümid edirdim ki, “Dünya sistemi” mənə digər araşdırmalar üçün imkan verəcək, lakin uğur iflasla yekunlaşdı və məndən uzun müddətlik üz çevirdilər. Mən yeni layihə barədə danışmağa başlayandan mənə açıqca gülürdülər. İnsanlar onların təsəvvüründən kənara çıxsan şeyləri qeyri-mümkün kimi qəbul edir. Mən izah etməyə çalışırdım ki, elektrik mühərrikləri də nə vaxtsa nağıl kimi görünürdü, lakin heç kimi inandıra bilmədim. Yalnız keçən il Venin köməyi ilə mən fəzanın maqnit çevrilməsi üzərində işə başlamağa nail oldum. Məqsəd mən təsəvvür etdiyimdən fərqli idi. Mən dinc məqsədlər üçün yük və adi sərnişinlər barədə düşünürdüm, lakin bu problemi hərbçilər üçün həll etməyə məcburam. Bu məni kədərləndirir, belə ki vacib olan problemin düzgün həllini tapmaqdır. Bundan başqa məni hərbi gəmilərin, təyyarələrin və s. fəzada ani və maneəsiz uzaq məsafələrə yerdəyişməsi fikri bir az məmnun edir. Müharibələr aşağıdan deyil, yuxarıdan başlayır. Bəziləri müharibəni başlayır, digərləri mübarizə aparır. Başlayanlar ön cəbhədən uzaqda otururlar və özlərini təhlükəsiz yerdə hiss edirlər. Lakin əgər onlar bilsələr ki, istənilən an fəzada bütün maneələri dəf edərək yerini dəyişən  təyyarə bomba ata bilər, onda onlar müharibəni başlamazdan əvvəl min dəfə düşünəcəklər. Özünü ölümə məhkum etməyin nə mənası var? Mən öz fikrimdə qalıram – mən həmişə hesab etmişəm ki, müharibələr ondan müdafiə mövcud olmayacaq universal silah yaradılanda  dayanacaq. Müharibə qumar kimidir. Burada hər şey uduşa qoyulur, bunun üçün isə qurbanlar verilir. Əgər uduş mümkün olmasa, hər iki tərəf uduzarsa onda müharibəni başlamağın mənası olmayacaq.

Nikola Tesla özünün simsiz enerji ötürülməsinin dünya sisteminin yaradılması planını “Dünya sistemi” adlandırırdı. Ötürücü-qəbul edici stansiya o zaman Nyu-Yorkdan 60km məsafədə yerləşən Lonq-Aylend adasında onun layihəsi ilə inşa olunan böyük qala üçün nəzərdə tutulmuşdu. Bu qalanın köməyi ilə Tesla nəinki Yerin istənilən nöqtəsinə, həmçinin digər planetlərə enerji və radio siqnallar göndərməyi planlaşdırırdı. Öz sisteminin məqsədi və vacibliyini dünyaya izah etmək üçün Tesla “Dünya sistemi” broşurunu hazırladı ki, orada o öz ideyasını ətraflı izah edirdi. Qalanın inşası 1901-ci ildə başladı, 1902-ci ildə bitdi, lakin qala maliyyə vəasiti çatışmazlığından avadanlıqla təchiz olunmadı – layihəni maliyyələşdirən böyük Con Pirpont Morqan Tesla ilə fikir ayrılığına görə maliyyələşdirməni dayandırdı. 1917-ci ildə qala söküldü, amerika hökuməti onun alman casusları tərəfindən öz məqsədləri üçün istifadə ediləcəyindən ehtiyat edirdi. Tesla yazırdı: “Hətta mənə ideyamın uğur qazanma imkanına dair şübhələr əzad versəydi, mənim bəzi sınaqlarımı müşahidə edən böyük filosof lord Kelvinin sözlərini xatırlayaraq mən onu bir kənara atardım: - Mən sizin uğur qazanacağınızdan şübhə etmirəm “. Lord Kelvin 1824-1907-ci illərdə yaşan məşhur ingilis fiziki Uilyam Tomsondur.

 İki il yarım əvvəl mənə məlum oldu ki, Avropanın mərkəzində yeni toxumlar (nasist Almaniyası) cücərir, mən isə gələn müharibənin qarşısını almaq haqqında düşündüm. İş orasındadır ki, radio dalğalar ossilyatorum (Ossilyator vibrasiya yaradan sistemdir. Radiodalğa ossilyatoru Nikola Teslanın ixtirasıdır, onun köməyi ilə o radio dalğaları və elektrik enerjisini simsiz ötürmək istəyirdi. Ossilyatorun sxemi itirilmiş sayılır) ilə olan sınaqların gedişatında mən məhvdən başqa heç nəyə yaramayan aşağı diametrli şüaları (Söhbət “Nikola Teslanın ölüm şüalarından” gedir. Bunun nə zarafat, nə də ideya olduğu bilinmir. Amma Tesla heç vaxt ixtiraçılıq barədə heç vaxt zarafat etməyib)  kəşf etdim.  Onları alim kimi mənim marağımın tələb etdiyi qədər araşdırıb digər sınaqlara keçdim. Məhv etmək məni yaradıcılıqdan fərqli olaraq heç vaxt maraqlandırmırdı. Mən Almaniyanı müharibədən imtina etmək cəhdlərindən saxlamaq üçün onları xatırladım. Bütün millətlərə sülh almanlara isə dünya hökmranlığı lazımdır. Mənim şüalandırıcını nümayiş etdirmək üçün nümunəni hazırlamağa və onunla sınaq keçirməyə imkanım yox idi, lakin məndə əsrin əvvəllərində apardığım sınaqların hesablamaları və protokolları var idi. Hesablamalarımdan belə nəticə çıxırdı ki (hesablamalarım həmişə düzgün olurdu), bu şüaların köməyi ilə rəqibin təyyarəsini 400km məsafədən məhv etmək olar! Onlarla pulemyotdan əsgərləri güllələdiyiniz kimi ordunu güllələmək olar. Mən sülh insanıyam və heç vaxt silahla bağlı iş görmək istəmirdim. Lakin öz ölkəni və bütün dünyanı dəhşətli təhlükədən xilas etmək üçün öz baxışlarımı dəyişməli olurdum.

Əvvəlcə mən öz hesablamalarımı Venə göstərdim, lakin o maraqlanmadı. Ven mənə “yox” deməməyə çalışır, lakin “bunu sonra müzakirə edərik” rədd cavabı demək idi. O zaman mən sənədləri Yuqoslaviya, Sovet İttifaqı, Fransa, Böyük Britaniya, Kanada və Birləşmiş Ştatların hökumətlərinə göndərdim. Venin avtoriteti nə qədər yüksək olsa da prezident deyildi. Cavab ancaq Sovetlər İttifaqından gəldi. Mənə sadəcə olaraq təşəkkür edildi.

Ven mənimlə zarafat edir və məni “məğrur idealist” adlandırır. Mənim şüalarımı xatırlayaraq Ven məni qulaq ardına vurmağa üstünlük verir. O mənə inanmır. Mənim “dünya tarazlığı” nəzəriyyəmə gəldikdə isə Ven onu rədd edir. O iddia edir ki, istənilən halda hərbi işin istənilən inkişaf səviyyəsində güclülər və zəiflər olacaq və güclülər zəifləri tabe etməyə çalışacaq. Mən Vendən iki səbəbə görə incimirəm. Birincisi mən ona həm alim kimi, həm də insan kimi çox hörmət edirəm. Ven birlikdə işləyə biləcəyim bir neçə insandan biridir. İkinci səbəb ondan ibarətdir ki, mən öz düzlüyümdə əminəm. Mənim ağlım məni heç vaxt məyus etməyib. Mənim bütün fikirlərim, ehtimallarım və mülahizələrim son nəticədə düzgün olurdu. Keçən müharibə zamanı imperatorlar krallarla öz paytaxtlarında oturub ağıllarına gətirə bilməzdilər ki, onların həyatı ön cəbhədə olan əsgərlərin həyatı kimi hər dəqiqə dayana bilər. Onlar istənilən an onlarla da bunun baş verəcəyini düşünsələr fərqli davnara bilərlər.

Mən konteynerdəki yükün Nyu-Yorkdan Parisə və ya Londona bir neçə saniyəyə göndəriləcəyi günə qədər yaşamağa ümid edirəm. Biz hələlik canlı olmayan yüklərin göndərilməsi sistemi üzərində işləyirik, çünki onu təkmilləşdirmək lazımdır və daha sonra canlı məxluqlarla sınaqlara keçmək lazımdır. Mənim 80 yaşım var, lakin ruhən mən uşaq kimi qalmışam. Bunu mənə çoxları deyir. Mən bacım Maritsaya hər hansı hədiyyə göndərə biləcəyim günü səbirsizliklə gözləyirəm. Mən təsəvvür edirəm ki, onun qarşısında stolda şirniyyatla dolu qutu peyda olacaq, yuxarısında isə mənim yazım olacaq – “Balaca qardaşından sevimli bacıma”. Uşaqlıq, əsl mənada uşaqlıq, lakin mən özüm bundan zövq alıram. Mənim həyatımda o qədər az zövq qalıb ki, onların heç birinə laqeyd qalmaq olmaz.

 

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: 10 iyul 1936-cı il

Növbəti hissə: Nikola Teslanın gündəliyi: mənim xarakterim

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR