Slimfit
  1. CƏMİYYƏT

Faciəli şəkildə ölən Xumar Milli Qəhrəmanın bacısı imiş

Faciəli şəkildə ölən Xumar Milli Qəhrəmanın bacısı imiş
Sakura

Faciəli şəkildə ölən Xumar Milli Qəhrəmanın bacısı imiş

Bu gün Goranboyda dəm qazından boğularaq həyatını itirən 1972-ci il təvəllüdlü Xumar Səlimova Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun bacısı imiş.

Ens.Az-ın "Qafqazinfo"ya istinadla məlumatına görə, faciə zamanı onunla birlikdə qonaq gələn əmisi qızı Sevil Səlimova da həyatını itirib.

Qeyd edək ki, Araz Səlimov könüllü olaraq Xocalının özünümüdafiə batalyonlarından birində döyüşüb. Xocalı faciəsi zamanı o, onlarla dinc sakinin həyatını xilas edib. Lakin ermənilər onu Əsgəranda qardaşı Fəxrəddin Səlimovla birlikdə vəhşicəsinə qətlə yetiriblər. Araz Səlimovun atası da Xocalı faciəsi zamanı şəhid olub.

1997-ci ildə Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. O, Ağdam Şəhidlər Xiyabanında dəfn olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR