Slimfit
  1. GÜNDƏM

Ermənilər yalniz bu şərtlər daxilində yaşaya bilər…

Ermənilər yalniz bu şərtlər daxilində yaşaya bilər…
Sakura

Ermənilər yalniz bu şərtlər daxilində yaşaya bilər…

Güc yolu ilə azad edilmiş Xocavənd Rayonunun böyük hissəsində və Xocalı rayonunun bir hissəsində ermənilər yaşaya bilməz. Ermənilər üçün yaşaya biləcəkləri çox kiçik sahə qalır ki, bu Xankəndi Şəhəri, Xocalı Rayonunun (Qəsəbə) bir hissəsi və Xocavənd Rayonunun çox az bir hissəsidir. Ermənilər bu ərazidə Azərbaycan vətəndaşlığını qəbul etdiyi üçün Azərbaycan dilində danışmağa məcbur ediləcək və təhsil Azərbaycan dilində aparılacaq, Azərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün şərtləri diktə edən tərəf Azərbaycan tərəfi olacaq və maddi-mənəvi mədəniyyət nümunələrimizin, eyni zamanda ictimai asayişin qorunmasına Azərbaycan polisi nəzarət edəcək. Yalnız bu şərtlər daxilində ermənilər bu ərazilərdə qala bilər. Bizim şərtlərimiz çərçivəsində isə ermənilərin özlərini nə dərəcədə alçaldaraq bunları qəbul etməsi təbii ki heç də inandırıcı deyil.

Son 30 ildə Dağlıq Qarabağın və onun ətrafında olan rayonlarımızın işğalı cəmiyyətimizin ən ağrılı problemi idi. Bu problem iqtisadi, sosial, mədəni, elmi inkişafımızı ləngitmişdi. Lakin Qarabağ problemi bizi daha da mətinləşdirdi. Əslində, bu milli özünüdərk, milli oyanış prosesində olduqca mühüm bir mərhələ idi. Biz tarixən itirdiklərimizə – həm ərazi baxımından, həm sərvətlər baxımından, həm maddi-mədəniyyət baxımından – bir daha, daha obyektiv şəkildə baxmağa başladıq.

Ali Baş Komandan İlham Əliyevin noyabrın 10-da xalqa qələbə müjdəsini verəndən sonra hər yerdə böyük izdiham müşahidə olunur. Çünki son 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız Qarabağ deyil, bütünlükdə Azərbaycan Respublikası, ərazi bütövlüyümüz idi. Belə günlərdə biz bir daha kimin dost, kimin düşmən olduğunu daha aydın başa düşdük. Eyni zamanda bir xalq olaraq böyüklüyümüzü, bir amal uğrunda dövlətimizin yürütdüyü siyasəti dəstəklədiyimizi, səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdirdik. Lakin əfsuslar olsun ki, bəzi vətəndaşlarımız bizim şanlı qələbəmizə kölgə salaraq yalnış ictimai rəy formalaşdırmağa çalışır. Unutmaq olmaz ki, AXC-Müsavat birliyinin 90-cı illərdə yarıtmaz siyasəti nəticəsində Azərbaycan xalqı 30 ilə yaxın idi ki, əziyyət çəkirdi. Bu gün isə Ali Baş Komandan bütün təzyiqlərə uğurla sinə gərdi və hərbi sahədə qazanılan uğuru diplomatiyaya daşıyaraq Ermənistanı Azərbaycanın müəyyən etdiyi şərtlərlə kapitulyasiyaya məcbur etdi və bununla da 3 rayonumuz şəhid vermədən azad edildi. Bundan sonra Azərbaycan ərazi bütövlüyü çərçivəsində bütün şərtləri diqtə edən tərəf olaraq məcburi köçkünləri geri qaytararaq demoqrafik balansı öz xeyrinə dəyişəcək, ərazidə fəaliyyət coğrafiyası, fəaliyyət qaydaları və müddəti Azərbaycanla razılaşdırılacaq, Azərbaycan bütün strateji yüksəkliklərə, yollara tam nəzarət edəcək. Həmçinin Azərbaycan-Ermənistan arasında 200 km-lik sərhəd Azərbaycan Sərhəd Xidmətinin nəzarətində olacaq, Ermənistanla Qarabağ arasında əlaqə yalnız Laçın koridorunun yanından keçəcək 5 km-lik koridor vasitəsilə mümkün olacaq və bu keçid məntəqəsinə də Azərbaycan nəzarət edəcək.

Bunlarla yanaşı Ağdərə rayonunun ləğv edilərək Kəlbəcər, Ağdam və Tərtər rayonları arasında bölüşdürülməsi, eyni zamanda Əsgəran rayonunun ləğv edilərək Ağdam rayonuna birləşdirilməsi  bu ərazilərdə ermənilərin yaşamayacağı deməkdir. Hazırki vəziyyətdə Xocavənd rayonun böyük hissəsi (başda Hadrud qəsəbəsi olmaq şərtilə) və Xocalı Rayonunun (Qəsəbə) bir hissəsi başda Daşaltı kəndi olmaqla Ordumuzun nəzarətindədir.

Dövlətimiz yenə də hər şeyi ən son nöqtəsinə kimi fikirləşərək bütün lazımı addımları atıb. Onu demək istəyirəm ki, rusların bölgədə olmasından narahat olanlar düşünməlidirlər ki, sülhməramlılar 5 il müddətinə Qarabağ ərazisində deyil, yalnız Qarabağ sərhədlərində və Laçın Dəhlizinin 5 km ərazisində, yəni Neytral Zonada yerləşdirilir. Bu gün artıq qardaş Türkiyə və Rusiya arasında birgə monitorinq barədə saziş imzalandı, Türkiyə Qarabağda Ermənistanın hərbi qüvvələrinin çıxarılması prosesini yaxından monitorinq edəcək.

 

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

“Gündəm Media Group”

Bakixeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR