Slimfit
  1. TEXNOLOGİYA

Robotların dünyanı ələ keçirmək ehtimalından qorxmaq lazımdırmı?

Robotların dünyanı ələ keçirmək ehtimalından qorxmaq lazımdırmı?
Sakura

Facebook-un istifadə etdiyi süni intellektin (Sİ) öz dilini inkişaf etdirməsi barədə xəbərlər dünyanın…

Həqiqətən də bütün bu xəbərlər fantastika filmlərini xatırladırdı.

Hətta bəzi qəzetlərdə bu məlumatlar qorxulu robot şəkilləriylə müşayiət edildi.

Belədirsə, robotların axirət gününü gətirəcəyini deyib buna qarşı hazırlıqlar görməyin vaxtı gəlib çatıbmı?

Bu sualın cavabı: Hələki, yox.

Stephen Hawking kimi mütərəqqi alimlər bir gün süni intellektin bəşəriyyətə təhlükə yaradacağı barədə xəbərdarlıq etsə də, Facebook məsələsinin bu qədər təhlükəli tərəfi yoxdur.

Facebook əslində müzakirə aparan çat-robotları təcrübədən keçirirdi

 

Bu xəbərin mənbəyi nədir?

İyun ayında Facebook insanlar və digər robotlarla qısa mətnlərlə ünsiyyət quran və ya sualları cavablayan çat-robotu proqramlarına dair apardığı araşdırmalar barədə bloq yazısını yayınlamışdı.

Bu yazı New Scientist kimi bəzi elmi-texnologiya nəşrlərində dərc edildi.

Facebook keçirdiyi təcrübədə virtual əşyaların sahibliyi mövzusunda robotların bir-biriylə necə müzakirə apardıqlarını araşdırırdı.

Bu təcrübənin məqsədi müzakiələrdə iştirak edən tərəflər baxımından dilin necə rol oynadığını və daha vacibi - dilin, söhbət etməyə proqramlaşdırılan robotların mübahisələrdəki dominantlığına təsirini anlamaq idi.

Təcrübə başladıqdan bir neçə gün sonra bəzi hallarda robotlar arasında gedən söhbətin ilk baxışda necə mənasız olduğu nəzərə çarpdı:

Bəzi xəbərlərdə robotların insanları rahat salmaq üçün yeni bir dil icad etmələrinə işarə vurulurdu. Lakin bunun həqiqi səbəbi daha effektiv ünsiyyət yollarının axtarışı idi.

Bir-birlərindən öyrənmə əsnasında robotlar qısaltmalarla söhbətləşməyə başladılar.

"Bir-birlərindən öyrənmə cəhdi əsnasında robotlar ünsiyyətdə qısaltmaları istifadə etməyə başladılar. Vahiməli görünsə belə, məsələ yalnız bundan ibarətdir", - texnologiya xəbərləri üzrə Gizmodo internet portalı bildirdi.

Əmrləri daha səmərəli yerinə yetirmək üçün süni intellektin ingilis dilini fərqli şəkildə istifadə etməsi yeni məsələ deyil.

Google öz tərcümə proqramlarının inkişafı vaxtı bu cür problemlərlə üzləşdiyini daha əvvəl açıqlamışdı.

2017-ci ilin ilk aylarında Wired jurnalı OpenAl-da süni intellekti öyrənən tədqiqatçının araşdırması barədə xəbər yaydı. Təhlil öz dillərini yaradan robotların problemi daha effektiv çözə bilməsini nəzərdən keçirirdi.

Əslində süni intellekt və dil arasında münasibətlərə dair kəşflər yeni olmasa da bu mövzu son vaxtlar təkrar gündəmə gəlib.

Böyük ehtimalla buna Facebook-un yaradıcısı Mark Zuckerberglə texnologiya sahəsində iş adamı Elon Musk arasında süni intellektlə bağlı söz dueli təkan verib.

Çat-robotları agetdikcə daha geniş istifadə olunur

 

Robot fobiyası

Lakin son xəbərin üslubuna baxılsa, cihazlarla bağlı kökü mədəniyyətdə olan qorxuların və erkən mühakimələr nəzərə çarpır.

Üstəlik, robotlardan mükəmməl bədniyyətli obrazlar alınır.

Real dünyada isə süni intellekt hal hazırda üzərində daha çox tədqiqat aparılan nəhəng sahədir.

Hazırlanan və təcrübədən keçirilən sistemlər gedərək daha da inkişaf etmiş hal alır.

Bunun daha bir nəticəsi də odur ki, bir-biriləriylə ünsiyyətdə olan neyron şəbəkələrinin son nəticəyə necə gəlməsi hələki naməlum qalır.

Buna əsasən bəziləri ayrıca sistemlərdə süni intellektdən istifadənin təhlükə yaratdığını düşünür.

Süni intellektin həyatımıza daha çox daxil olması məsələnin etik tərəfləriylə bağlı da mübahisələrin sayını artırır.

Lakin Facebook bu sistemi bir tətbiq olaraq deyil, tamamilə araşdırma məqsədiylə öyrənirdi və sonradan bu işə xitam verildi.

Bundan başqa çat-robotların inkişaf etdirilməsinin də müşkül olduğunu unutmaq lazım deyil.

Əlbəttə ki, çat-robotları insan kimi davranacaq şəkildə proqramlaşdırıla bilər və bəzi hallarda bizi aldadacaq dərəcədə yaxşı ola bilərlər.

Lakin hələki robotların qiyam qaldıracaq halında olmadığı dəqiqdir. Ən azından Facebook-un istifadə etdiyi robotların...

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR