Slimfit
  1. TEXNOLOGİYA

Robotlar öz dillərini icad etdilər

Robotlar öz dillərini icad etdilər
Sakura

Facebook süni intellektdən niyə qorxdu?

Facebook sosial şəbəkəsinin rəhbərliyi özünün süni intellekt sistemini ləğv etməyə məcbur olub.

Buna səbəb isə bəzi cihazların öz dilində, insanların başa düşmədiyi mövcud olmayan dildə danışması olub.

Çat-robotlarda istifadə edən sistem əvvəlcə canlı insanlarla ünsiyyət üçün yaradılmışdı, lakin tədricən onlar öz aralarında danışmağa başladılar.

Əvvəlcə onlar ingilis dilində danışırdılar, lakin sonra proqramın inkişafı mərhələsində yaratdıqları dildə yazışmağa başladılar.

ABŞ-ın kütləvi informasiya vasitələrində virtual həmsöhbətlərin "dialoqundan" hissələr dərc edilib (orfoqrafiya və durğu işarələri saxlanılıb).

 

Bob: Mən bacararam bacararam MənMən qalan hər şeyi.

 

Alice:Şarlar mənim üçün sıfırdır mənim üçün mənim üçün mənim üçün mənim üçün mənim üçün.

 

Digital Journal nəşrinin açıqlamasına görə, süni intellekt sisteminə "təbliğat" prinsipi əsasında etibar edilir, daha dəqiqi onlar müəyyən "fayda" gətirəcək şərtlərlə hərəkət etməyə davam edirlər.

Müəyyən bir vaxtda onlar operatorlardan ingilis dilinin istifadə olunmasına dair təbliğat siqnalı almırdılar.

Buna görə də onlar öz dillərini yaratmağa qərar verdilər.

Tech Times nəşrinin yazdığına görə, robotlara əvvəlcə dil seçimində qadağalar qoyulmayıb.

Ona görə də robotlar tədricən öz dillərini yaradıblar, hansı ki ingiliscədən fərqli olaraq onlar bu dildə daha sadə və daha tez danışırlar.

 

"Böyük təhlükə "

 

Ekspertlərin fikrincə, əgər robotlar öz dillərində daha fəal şəkildə danışmağa başlasalar o zaman tədricən daha müstəqil olacaqlar və İT mütəxəssislərinin nəzarətindən kənar fəaliyyət göstərə biləcəklər.

Hətta təcrübəli mühəndislər belə robotların fikirlərində olan proseslərin gedişinə tam nəzarət edə bilməzlər.

Bir neçə gün əvvəl Facebook-un təsisçisi Mark Zuckerberg Spase X, TeslaPayPal-ın təsisçisi Elon Musk süni intellektlə bağlı mübahisə etmişdilər.

Musk ABŞ rəhbərliyini süni intellekt sistemini tənzimləməyə çağıraraq, süni intellektin bəşəriyyət üçün təhlükəli olması barədə xəbərdarlıq etmişdi.

Süni intellektin potensial təhlükəsi barədə britaniyalı alım Stephen Hawking də bildirmişdi.

ABŞ Qubernatorları Milli Assosiasiyasının sammitində çıxış edən Musk süni intellekti "sivilizasiyanın qarşılaşdığı ən böyük təhlükə" adlandırıb. Onun sözlərinə görə, bu sistemin inkişafına vaxtında müdaxilə edilməsə, sonra həddən artıq gec ola bilər.

"Mən həyəcan siqnalı verməyə davam edirəm. Lakin küçədə gəzən və insanları öldürən robotları görməyənə qədər insanlar süni intellektə necə reaksiya verəcəklərini bilməyəcəklər", - deyə Musk bildirib.

Musk-ın bu bəyanatı Facebook-un təsisçisi Mark Zuckberg-i qıcıqlandırıb və o bu bəyanatı "kifayət qədər məsuliyyətsiz" adlandırıdb.

"Yaxın 5 və 10 il ərzində süni intellekt həyatı ancaq yaxşı edəcək ", - deyə Zuckberg etiraz edib.

Elon Musk süni intellekti sivilizasiya üçün böyük təhlükə hesab edir

 

Süni tərcümə

 

Ötən ilin payızında məlum oldu ki, Google internet-axtarış saytı Google Translate onlayn-tərcümə sisteminin işini daha da təkmilləşdirmək üçün özünün süni intellekt sistemini yaradıb.

Yeni sistem verilən ifadəni bütöv tərcümə etmək imkan yaradır.

Tərcümə sistemi bir qədər əvvəl bütün cümləni ayrıca sözlərə və ya ifadələrə bölərək tərcümə edirdi və bu da tərcümənin keyfiyyətini aşağı salırdı.

Cümləni bütöv şəkildə tərcümə etmək üçün Google-un yeni sistemi öz dilini yaradıb, hansı ki, iki dil arasında daha tez və daha dəqiq istiqamət taparaq tərcümə edir.

Ekspertlər artıq onlayn tərcümə sistemlərinin ciddi inkişafı nəticəsində tərcüməci insanlara tələbatın getdikcə daha az olacağı barədə xəbərdarlıq ediblər.

Lakin hələki bu sistemlər əsasən kiçik və asan mətnlərin tərcüməsində keyfiyyətli nəticələr verir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR