Təyyarə qəzasında həlak olan 19 yaşlı Xədicənin FOTOSU
Dünən səhər saatlarında Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 19 yaşlı Xədicə Əlimirzəyeva da olub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, gənc qız Qusar Qadın Resurs Mərkəzinin üzvü olub. O, 2022-ci ildə "Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək" layihəsinin "Genderəsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi" komponenti çərçivəsində həyata keçirilən "Dırnaq qaynağı" təliminin iştirakçısı olub. Mərkəzdə həyata keçirilən tədbirlərdə fəal iştirak edib.
Ata-anası dünyasını dəyişdiyi üçün evin yükü çiyinlərində olan Xədicə dünən qardaşı ilə birgə dünyasını dəyişib.
Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət