Slimfit
  1. TEXNOLOGİYA

Süni intellekt insan şüurunun əvəzedicisi kimi

Süni intellekt insan şüurunun əvəzedicisi kimi
Sakura

Süni intellekt insan şüurunun əvəzedicisi kimi

Biz süni intellektin yeni erası astanasındayıq – maşın tədrisi mütəxəssisləri məhz belə iddia edir. Süni intellekt nədir və bu ideya hansı mərhələlərdən keçib? Bu barədə kompüter texnologiyalarının inkişafı üzrə ekspert Aleksandr Novikov danışıb.

Gəlin ilk əvvəl “süni intellekt” anlayışını izah edək. Hərfi mənada bu – müəyyən tapşırıqların tanıdılması, tədrisi və axtarışı funksiyalarını imitasiya edən maşın intellektidir. O insan şüuru ilə analoji olaraq işləyir: insan şəxsiyyətinin uşaqlıqdan davam edən inkişafına uyğun olaraq maşın tədris və inkişaf mərhələlərindən keçir. Yəni addım-addım ətraf mühiti tanımaq və analiz etmək üçün informasiya ətraflı olaraq saxlanılır. Sadə formada desək – süni intellekt – fikirləşmə proseslərini modelləşdirən və müxtəlif çətinlikdə olan məsələlərin öyrənilməsi və həllinə qadir olan insanlar tərəfindən yaradılmış şüurdur.

- İnsanlara nə üçün süni intellekt lazım oldu və onun yaradılması tarixi nədən başladı?

İlk növbədə Süni İntellektin yaradılması ehtiyacı insanların təbiətinin anlaşılması, dünyanın kəşfi prosesi, insan beyninin işləmə mexanizminin açıqlanması ilə şərtlənir.

Bu sahədə olan araşdırmalar və süni intellekt prototiplərinin konstruksiyalarının hazırlanması ilk hesablama maşınlarının yaranmasından dərhal sonra başlayıb. 1954-cü ildə kibernetik və psixoloq Allen Nyuell şahmat oyunu üçün proqram hazırladı. O ilk süni intellekt nümunəsi sayıla bilər. Onun digər proqramı “Məntiqi nəzəriyyəçi” (Logical Theorist) ehtimalların hesablaması teoremlərini isbat etməyə imkan verirdi. Bəzi məlumatlara əsasən o 38 fəlsəfə və riyazi məntiq teoremini isbat edib. Bütün müasir texnologiyalarla olduğu kimi 1960-cı ildə süni intellektin araşdırılması üzrə maliyyələşdirilmənin əsas hissəsi onun hərbi məqsədlər üçün istifadə imkanlarının axtarışına yönəlmişdi. Həmin vaxtlar ilk oyun proqramları yarandı, 1970-ci illərin ortalarında isə müxtəlif – yeni kimyəvi birləşmələrin sintezindən başlayaraq qlaukomanın (göz təzyiqi) müalicəsi strategiyasının seçiminə qədər məsələləri həll edən ilk intellektual sistemlər yarandır.

İnformasiya texnologiyaların inkişafı ilə süni intellekt sosial şəbəkələr (Facebook), axtarış sistemləri (Google), müasir avtomobillərdə tətbiq olunur. Məs: hamıya məlum Tesla aktiv olaraq avtopilot üçün maşın şüurundan istifadə edir. Siyahını uzatmaq olar və o çox uzun olacaq. Çünki bu siyahı həvəskar layihələrdən başlayır və Microsoft kimi informasiya texnologiyalarının nəhənglərinin layihələri ilə bitir. MS Office son versiyasında süni intellektin istifadəsi nəinki mətndə qrammatik səhvləri düzəltməyə imkan verir, həmçinin stilin yaxşılaşdırılması üçün məsləhətlər verir. Digər informasiya nəhəngi Apple – fotoda obyektlərin müəyyənləşdirilməsi proqramını hazırlayıb. Maraqlısı budur ki, maşın tədrisinin aktiv inkişafı ilə süni intellekt funksiyalarının bəziləri (mətn və simvolların optik müəyyən olunması) adi texnologiyaya çevrilib.

- Alimlər təsdiqləyir ki, biz yeni süni intellekt erası astanasındayıq. Hansı ixtiralar belə inqilabi keçidə təkan verib? Bəşəriyyət üçün onlar hansı dəyərə malikdir?

Bu yaxınlarda insan beynini araşdıran layihə Meso-brain (Böyük Britaniya, Astonda universitet) insan beyninin neyron şəbəkələrinin analoqlarının çapı metodların öyrənilməsi üçün 3,3 milyon avro sərmayə aldı. Layihənin əsas məqsədi – süni neyron şəbəkələrini xüsusi bioloji arxitektura ilə yenidən yaratmaqdır. Əgər araşdırmalar uğurlu olsa onların bazasında alimlər demans (ağlını itirmə) və beyin zədələnməsinin effektiv müalicəsi üsullarını hazırlaya bilərlər.

Keçən il IBM alimləri insan beynini surəti olan süni neyronlar yaratdılar. Onlar artıq kiçik enerjidən istifadə edərək mürəkkəb hesablamalar apara bilir. Belə tədqiqatlar hesablama sistemlərinin güc sərfiyyatını və ölçülərini maksimal səviyyədə azaltmağa imkan verir. Ola bilsin tezliklə prinsipial olaraq yeni EHM-lər yaransın.

OpenWorm beynəlxalq layihəsinin iştirakçıları soxulcan kimi fikirləşən robot yaratdılar. Alimlər Lego konstruktoru ilə hazırlanmış “bədənə” soxulcanın sinir sisteminin nümunəsini – neyron şəbəkəsini yerləşdirdilər. Proqramın müəllifi Timoti Basbis hesab edir ki, bu layihə rəqəmsal ölümsüzlüyə olan ilk addımlardan biridir.

- Süni intellektin inkişaf perspektivləri hansılardır? Bizim həyatımızın tam avtomatlaşdırılmasına keçid tezliklə gözlənilirmi?

Süni intellektin istifadəsi kompüter texnologiyaları, tibb və bütövlükdə elmin inkişafında müxtəlif perspektivlər açır. Maşın şüurunun tətbiqinin bütün üstünlüklərini saymaq çox vaxt tələb edə bilər. Ən əsası odur ki, insan həyatı asanlaşacaq və daha da uzanacaq.

Tam avtomatlaşdırma prosesi ancaq zaman məsələsidir. Süni intellekt insan intellektinə qədər kamilliyə çatdıqda düşünürəm ki, robotlar özləri proqram təminatı yazacaqlar. Hətta süni intellektin nəzarəti elə süni intellektin özündə olacaq. Müasir texnologiyaların inkişaf tempini nəzərə alsaq 10 ildən sonra avtopilotlar canlı avtomobil sürücülərini əvəz edəcək, 15 ildən sonra isə istehsalın əksər hissəsi yeni hesablama sistemləri ilə nəzarətdə olacaq. 20-30 ildən sonra bəşəriyyət bilavasitə süni intellektlə bağlı olacaq, texnologiyaların inkişaf sürəti isə insan (zamanın insanı) fantaziyası çərçivəsində olacaq.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR