Slimfit
  1. AVTO VƏ MOTO

Bollinger B1 - İlk elektrik yolsuzluq avtomobili

Bollinger B1 - İlk elektrik yolsuzluq avtomobili
Sakura

Tam elektrikləşmə əsl yolsuzluq avtomobilinə də gəlib çıxdı. İlk elektrik yolsuzluq avtomobili amerikan…

İstehsalçılar artıq onu dünyada ilk tam ötürücülü yolsuzluq maşını adlandırır. Əgər kimsə Tesla Model X-i 175mm klirenslə xatırlayırsa, onunla müqayisədə Bollinger minik avtomobilidir. B1 klirensi hidropnevmatik asqının köməyi ilə 254-dən 508mm-ə qədər tənzim olunur ki, bu da Mercedes-Benz Gelandewagenin ekstremal versiyasından belə çoxdur.

Qısa çıxıntılar avtomobilə 56 dərəcə giriş bucağını, 53 dərəcə çıxış bucağını təmin edir.  Əgər bu da az olarsa daxili bucurqad var. Bollinger B1-nin uzunluğu 3810mm, eni 1943mm, hündürlüyü 1867mm-dir. Tam çəkisi 1769kq, yük qaldırma qabiliyyəti 2767kq, yedəyin çəkisi 2767kq-dır. Çəki paylanma nisbəti 50:50-dir. Əladır düzdür?

Bu hələ hamısı deyil. Akkumulyatorlar və elektromotorlar çərçivənin daxilində avtomobilin döşəməsinin altında yerləşdirilmişdir ki, nəticədə kapotun altındakı yer ikinci baqaja çevrilir. Lakin elektrokarlar üçün bu yeni xəbər olmasa da B1-in arxa panelində 36x33sm ölçüsündə lyuk da düzəldiblər ki, bu da baqajın qapısı ilə radiatorun çərçivəsi əvəzinə maşından uzun yükləri daşımağa imkan verir.

Bunun üçün dörd oturacaqlı yolsuzluq avtomobili universaldan pikapa və əksinə transformasiya etməyə qadirdir. Arxa oturacaqlar asanlıqla çıxarıla bilir, damı sökülür, ön oturacaqların arxasına isə şüşə ilə arakəsmə quraşdırılır. Nəticədə Bollinger-də birbaşa avtomobilin içərisində uzun borular və ya lövhələr daşımaq olar. Lakin hətta bunsuz belə avtomobil salonunun iki oturacaqlı variantı 2690 litr ümumi baqaj həcminə malikdir.

Döşəmənin altında alıcının seçiminə görə 60-dan 100kVt/s-a qədər həcmə malik akkumulyator batareyası gizlədilmişdir. Bir doluma gediş ehtiyatı 193 və ya 322km-dir. Elektromotorların cəmi gücü 367 at gücüdür, fırlanma anı isə 640Nm-dir. B1 yerindən 97km/s sürəti 4,5 saniyəyə yığır və 204km/s maksimal sürət yığmağa qadirdir. Batareyaları həcmlərinə görə 7,3 və ya 12,1 saata doldurmaq olar.

Əvvəlcədən sifarişlər artıq qəbul olunur, lakin qiyməti bilmədən tələbi proqnozlaşdırmaq çox çətindir. Avtomobilin xarakteristikaları unikaldır. Gələn ilin əvvəlində istehsalçılar 1000 dollar həcmində depozit qəbul etməyə başlayacaq, ilk xoşbəxt müştərilər isə maşını 2019-cu ilin fevral ayında əldə edə biləcəklər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR