Avstraliya zooparkında son aylar ərzində doğulan kisəli heyvanlardan birisi mütəxəssislərin xüsusi marağına…
Ağ tüklü dişi koalanın doğulmasını ekspertlər nadir hal sayır.
Həmin ağ rəngli koala balasına hələlik ad verilməyib.
Avstraliyanın Queensland zooparkının bildirdiyinə görə, sözügedən koala balasının ağrəngliyi albinizmlə bağlı deyil.
Zoopark mütəxəssislərinə görə, bala koalanın ağ tükü, çox güman ki, anasından irsi yolla keçmiş resessiv genin təsiri nəticəsində əmələ gəlib.
Ekspertlər hesab edir ki, bu rəngdə koala vəhşi təbiət şəraitində doğulsaydı, onun sağ qalma şansı cüzi olacaqdı.
"Baytarlıqda bu hal çox vaxt "gümüşü genin" təsiri kimi yozulur. Uşaq süddişi töküldüyü kimi, heyvanlarda da ağ tük, onlar böyüdükcə, tökülür və həmin heyvanın rəngi tədricən normal hala gəlir", - zooparkın baytar klinikasının direktoru, doktor Rosie Booth deyib.
Mərkəzi Queensland universitetinin ekoloqu, doktor Alistair Melzer isə qeyd edib ki, koalaları 20 ildən artıqdır ki, müşahidə edir və indiyə qədər onların arasında ağ dərili heyvana rast gəlməyib.
Onun sözlərinə görə, koalalar qartal və bayquş kimi yırtıcı heyvan sayılır.
"Vəhşi təbiət şəraitində ağ rəngdə heyvanın özünü gizli saxlaya bilməsi çətindir", - o, BBC-ə deyib.
Zoopark və Tourism Australia agentliyi Facebook vasitəsilə istifadəçiləri təzə doğulmuş ağ rəngli koala balası üçün ad seçimində iştirak etməyə dəvət edib.
Mənbə: BBC Azərbaycan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət