Dərc edildi: Baxış sayı: 36
Baş Prokurorluq: AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometrliyində qəza enişi etməsi ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mətbuat konfransında deyib.
O qeyd edib ki, Baş Prokurorluq qazaxıstanlı həmkarlarla qarşılıqlı əməkdaşlıq edir. İstintaqın nəticələri ictimaiyyətə açıqlanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət