Slimfit
  1. MARAQLI

5-50 ildə təyyarələrin gələcəyi

5-50 ildə təyyarələrin gələcəyi
Sakura

5-50 ildə təyyarələrin gələcəyi

Pilotsuz təyyarələrdən tutmuş evdə baqaj təsliminə və ayaqüstü uçuşu nəzərdə tutan təyyarə səfərini dəyişdirəcək bir çox yenilik artıq yaxındadır. Britaniyanın Daily Telegraph qəzeti bu sahədə gələcək 50 il ərzində baş verəcək inkişaf barədə yazıb.

5 il ərzində

Pasportların sonu gəlir

 

Üz tanıma texnologiyası artıq gedərək yayılmağa başlayıb. Bir Britaniya şirkətinin hazırladığı və Dubay beynəlxalq hava limanında bu il ərzində tətbiqinə başlanacaq sistem sərnişinlərin üzünü tanıyıb rəqəmsal pasport şəkilləriylə müqayisə edəcək.

Avstraliya "təmas olmadan" pasport nəzarətinə keçməyə hazırlaşır. 2019-cu ilin martında tətbiq ediləcəyi gözlənilən sistemlə xarici xətt sərnişinləri daxili xəttlərdəki kimi heç bir nəzarətdən keçmədən terminaldan çıxacaqlar.

Təyyarədə idman

Təyyarədə oturmaq, bir neçə saatını keçirmək ən sağlıqsız yol ola bilər. Airbus şirkətinin hazırladığı modullar konsepsiyasına görə təyyarələrdə fərqli məqsədlər üçün istifadə olunacaq bölümlər olacaq.

Hava limanı şirkətlərinə yeni gəlir mənbələri yaratmağı hədəfləyən bu konsepsiyaya təyyarələrdə idman zallarının olması da daxildir.

Havada Starbucks

Airbus-un digər layihəsi isə beynəxalq qəhvə şəbəkələrinin təyyarələrdə qəhvə satmasıdır.

 

Oyun salonu

Bu modullar uşaqlar üçün oyun sahəsi kimi də istifadə olunacaq. Ailələr üçün səsi izolyasiya edən otaqlar da planlar arasındadır.

Pulu sərnişinlər deyil, aviaşirkətlər ödəyəcək

Mütəxəssislərin fikrincə, sərnişinlərin bilet üçün pul verməsi keçmişdə qala bilər. Otel və avtomobil kirayə etmək kimi əlavə xidmətlərin aviaşirkətlərə kreslo üçün tələb edilən ödənişlərdən daha çox gəlir gətirəcəyi hesablanıb.

Bu vəziyyətdə aviaşirkətlərin bu xidmətləri satın alan müştərilərə bileti pulsuz verə biləcəkləri bildirilir.

Təcrübələrini sosial şəbəkələrdə paylaşan sərnişinlərə ödəniş edilməsi də gündəmdədir.

Baqajsız səyahət

Oktyabrda AirPortr adlı Britaniya şirkəti sərnişinlərin baqaj əməliyyatlarını evlərindən həyata keçirmələrini təmin edəcək bir xidmətə başlayır.

Baqajlar evdən alınaraq təyyarəyə təhvil veriləcək. Baqajların itməsi məsələsi də bu yolla öz həllini tapacaq.

Belə ki, üzərinə kabelsiz cihazlar yerləşdirilən çemodanların harada olduğu müəyyən ediləcək. TUMİ adlı bir şirkət bu məqsədlə bu ay "Global Locator" (qlobal axtraış) adlı bir məhsul istehsal edib.

 

Mənzərəli səyahət

Fokker Technologies şirkəti Boeing üçün mənzərəli pəncərələr hazırlayıb. 2018-ci ildən etibarən bəzi təyyarələrdə business class-da 137 santimetr uzunluğunda və 45 santimetr genişliyində pəncərələr olacaq.

 

Şəlaləli hava limanları

Terminalda təyyarəni gözləmək bir çox insanlar üçün darıxdırıcı ola bilər. Gələcəkdə hava limanları da çox dəyişəcək.

Singapur-dakı Changhi hava limanının bir terminalı 1 milyard 700 milyon dollar vəsaitlə yenilənib. Meşəlik içində yerləşən terminalda 5 qat baxça, şəlalər, yüzlərlə restoran və bir otel var.

10 il ərzində

Təyyarədə ayaqüstü uçuş

Təyyarələrə daha çox sərnişin qəbul etmək üçün ayaqüstü sərnişin daşımaq ideyası yeni deyil. VivaColombia şirkəti sərnişinləri bar stullarına bənzər kreslolarda daşımaq fikrini araşdırır. Bu fikri 2003-cü ildə Airbus irəli sürmüşdü.

 

Supersonik təyyarələr

Sərnişinlərin bir yerdən başqa bir yere səs sürətində səyahət etməsini təmin edəcək supersonik uçuşlar yenidən gündəmdədir.

İngilis iş adamı Richard Branson ötən il supersonik təyyarə prototipi hazırlayan Boom adlı texnologiya şirkətinə dəstək verib.

Boom nümayəndələri deyirlər ki, "Concorde- dizaynerlərinin uyğun qiymətə sərnişin daşıyacaq texnologiyası yoxdur. Amma bizim var".

Şirkət bu təyyarələrin London- New York arasındakı məsafəni 7 saatdan 3.5 saata endirəcəyini söyləyir.

NASA da səs sürətiylə gedən, amma Concorde-dan yüzdə 50 faiz daha az səssiz olan bir təyyarəni 2020-ci ildə sınaqdan keçirməyi planlaşdırır.

20 il ərzində

Daha çox gecikmələr

Gələcəkdə hava nəqliyyatının çoxalması səbəbiylə gecikmələr də artacaq. Böyük Britaniyada 2030-cu ilə qədər gecikmələrin 44 qat artacağı hesablanıb.

Daha çox turbulentlik

Elm adamları iqlim dəyişikliyi səbəbiylə uçuşlar zamanı turbulentliyin (hava cərəyanında burulma) daha da artacağını söyləyirlər.

50 il ərzində

Pilotsuz təyyarə

Mütəxəssislər 50 ilə qədər pilotsuz təyyarələrin xidmət göstərməyə başlayacağına inanırlar. Ticarət təyyarələri hal-hazırda avtomatik olaraq qalxır, uçur və enir. Ancaq bu təyyarələrin hələ ki, təcili vəziyyətlərdə enmə bacarığı yoxdur.

2016-cı ildə Çinin Tianjin şəhərində keçirilən Dünya İqtisadi Forumunda PiBot adlı robot pilot nümayiş etdirilmişdi.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR