Dərc edildi: Baxış sayı: 86
Türkiyə XİN: Azərbaycanlı və qazaxıstanlı qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq
Bakı-Qroznı səfərini həyata keçirən sərnişin təyyarəsinin bu səhər Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından dərin kədər hissi keçiririk.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yaydığı bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Bu faciəvi hadisədə həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı, yaralılara isə təcili şəfa diləyirik. Bu çətin günlərində azərbaycanlı və qazaxıstanlı qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət