Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Avstraliya alimləri fıstıq allergiyasından qurtulmağın yolunu tapıblar

Avstraliya alimləri fıstıq allergiyasından qurtulmağın yolunu tapıblar
Sakura

Avstraliya alimləri fıstıq allergiyasından qurtulmağın yolunu tapıblar

Avstraliyalı tədqiqatçılar uşaqları fıstıq allergiyasından xilas etməyin üsulunu tapıblar. The Guardian verdiyi məlumata əsasən dörd il əvvəl bir qrup uşaqla keçirilmiş təcrübənin yeni immunoterapiyası müsbət nəticələr verib. Hazırda bu uşaqlar problemsiz fıstıq yeyirlər və digər məhsulları öz dietalarına əlavə edə bilirlər.

 

“Bu uşaqlar müalicə bitəndən sonra uzun müddətdir ki, fıstığı problemsiz və heç bir xüsusi dietasız yeyə bilirlər”, - xəbəri yeni terapiya növünü istifadə edən araşdırma qrupunun rəhbəri professor Mimi Tanq şərh edərkən deyib.

 

Tanq PPOIT adı alan yeni müalicə metodunu hazırlayıb ki, burada probiotiklərin və oral immunoterapiyanın istifadəsi nəzərdə tutulur. Allergenin təsirindən yayınmaq əvəzinə metod immun sistemini yenidən proqramlaşdırmaq və son nəticədə orqanizmdə allergik reaksiyanın triqqerlərinə qarşı immuniteti gücləndirmək imkanı verir. Tanqanın sözlərinə görə probiotik və immunoterapiyanın birləşməsi allergik reaksiya ilə sərbəst mübarizə aparmaq üçün orqanizmə təkan verir.

2013-cü ildə aparılan ilkin müalicə mərhələsinin davamı olaraq yenidən baxış keçirildi, bu da uşaqların orqanizminin 82%-nin fıstığa qarşı immunitetinin işləməsini göstərdi. Dörd il sonra bu qrupdan olan uşaqların 70%-i yenidən yoxlanıldı, bu da müalicənin uzun müddətli effektinin olmasını göstərdi.

 

“Bizə fıstığa allergiyası olan uşaqlar gəldi, onlar öz dietasında fıstığın qəbulundan çəkinməyə məcbur olurdular və bundan narahat idilər. Müalicənin sonunda hətta bir neçə il sonra bizim probiotik terapiyanı keçən uşaqların əksəriyyəti indi heç vaxt fıstığa allergiyası olmayan adi uşaqlar kimi yaşaya bilərlər”, - Tanq deyir.

 

Fıstığa olan allergiya dünyada çox yayılıb. Reaksiya dərinin qızarması və ya codlaşması kimi asan da ola bilər, ölümcül olmaqla çox ciddi də ola bilər. Allergiya çox vaxt uşaqlarda aşkar olunur. Statistika göstərir ki, hər beşinci uşaq ondan əziyyət çəkir, lakin onları çoxu elə onunla “böyüyürlər”.

Əgər Tanqa metodunun effekti daha geniş klinik araşdırma və sınaqlarla sübut olunsa, son nəticədə bu allergik reaksiyaları və onunla bağlı riskləri əhəmiyyətli dərəcədə azalda bilər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR