Slimfit
  1. TƏBİƏT

Əqrəbə oxşayan hörümçək

Əqrəbə oxşayan hörümçək
Sakura

Avstraliyada əqrəblərdəki kimi “quyruqlu” hörümçəklər yaşayır.

Arachnura higginsi hörümçəyini ilk dəfə gördükdə onu əqrəblə səhv salmaq olar. Bu təəssüratı heyvanın qarnından çıxan əqrəb quyruğuna oxşayan çıxıntı və “quyruğun” ucundakı daha balaca tikanvarı tünd çıxıntılar oyadır.

Bu çıxıntını ancaq erkək hörümçəklərdən ölçüsü ilə daha böyük olan dişi hörümçəklərdə (onların uzunluğu – 16mm, erkəklərdə isə - cəmi 2mm-dir)  görmək olar. Yaşlılarda “quyruğun” rəngi krem rəngindən qəhvəyi rəngə qədər dəyişə bilir, halbuki cavan hörümkçəklərdə o sarı və ya çəhrayı kimi açıq rəngdə olur.

Lakin “quyruğun” zəhmli görünüşünə baxmayaraq ucundakı tikanlar yumşaqdır və hörümçək əqrəblər kimi onlarla dişləyə və ya yaralaya bilmir. Buna görə də alimləri indiyə qədər bu sual düşündürür: nə üçün hörümçəyin qarnı belə qeyri-adi formaya malikdir?

Bir versiyaya görə bununla hörümçək düşmənini azdırır. Məlumdur ki, dişi Arachnura higginisi təhlükə yaxınlaşdıqda əqrəb etdiyi kimi quyruğunu belinə keçirir. Bundan başqa yırtıcı bu çıxıntıdan istifadə edərək hörümçək düşmənini başı və ya qarnı harda olmasına görə çaşdıra bilər və heyvanın daha vacib yerlərinə zərbələr endirə bilər.

Digər fərziyyəyə görə heyvanın bədəninin rəngi və forması onu quru vərəğə oxşar edir, bu da ətraf mühitlə “qarışmağa” imkan verir. Bununla hörümçək yırtıcılardan gizlənə bilər və uçan həşəratlar üçün görünməz ola bilər.

Arachnura higginsi bütün Avstraliyada yayılıb və su hövzələrinin kənarlarında çox sayda rast gəlinir. Onlar nadir halda dişləyir, lakin onların dişləməsi lokal xarakter daşıyır və dişləmə yerində kiçik şiş əmələ gəlir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR