Dərc edildi: Baxış sayı: 34
Serbiya Prezidenti təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
Serbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Aleksandr Vuçiç "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Qazaxıstandakı təyyarə qəzası xəbərini dərin kədərlə öyrəndim. Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu çətin anlarda yanınızdayıq", - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət