Slimfit
  1. TEXNOLOGİYA

Speedtest ən sürətli internetə malik ölkələrin siyahısını açıqladı

Speedtest ən sürətli internetə malik ölkələrin siyahısını açıqladı
Sakura

Speedtest ən sürətli internetə malik ölkələrin siyahısını açıqladı

Speedtest xidməti və proqramı internet bağlantısının sürətini ölçmək üçün ən məşhur üsuldur. Hər gün ondan yüz minlərlə istifadəçi istifadə edir. Proqramçılar bunun sayəsində mobil və simli bağlantının bütün dünya üzrə vəziyyəti barədə statistika toplaya bilir.

Toplanmış məlumatların əsasında Speedtest dövri olaraq ən yaxşı internet sürətinə malik ölkələrin siyahısını açıqlayır. Reytinqlər həm maraqlı, həm də faydalıdır. Məs: əgər siz uzaqdan işləyən həmkarsınızsa və səyahəti planlaşdırırsınızsa, Macarıstanda keyfiyyətli internetə əmin olacağınızı biləcəksiniz. Litva simli internetin sürətinə görə liderlərdən biridir.

Ən keyfiyyətli mobil internetə malik ölkələr:

  1. Norveç – 52,59 Mbit/s
  2. Niderlan – 46,94 Mbit/s
  3. Macarıstan – 46,24 Mbit/s
  4. Sinqapur – 45,99 Mbit/s
  5. Malta – 44,84 Mbit/s
  6. Avstraliya – 44,64 Mbit/s
  7. BƏƏ – 43,98 Mbit/s
  8. Cənubi Koreya – 42,09 Mbit/s
  9. Belçika – 37,81 Mbit/s
  10. İslandiya – 36,84 Mbit/s

Azərbaycan mobil internet sürətinə görə 62-ci yeri tutur, Rusiya 72-ci yer, Ukrayna 109-cu yerdə qərar tutub.

Simli internet texnologiyası ilə olan ən yaxşı internet sürətinə malik ölkələr:

  1. Sinqapur 154,38 Mbit/s
  2. Cənubi Koreya – 125,69 Mbit/s
  3. Honkonq – 117,21 Mbit/s
  4. İslandiya – 110,52 Mbit/s
  5. Rumıniya – 91,48 Mbit/s
  6. Makao – 80,11 Mbit/s
  7. İsveçrə - 74,20 Mbit/s
  8. İsveç – 73,66 Mbit/s
  9. ABŞ – 70,25 Mbit/s
  10. Litva – 67,29

Azərbaycan siyahıda 106-cı yer, Rusiya 40-cı yer, Belarus 52-ci yer, Ukrayna isə 39-cu yeri tutur.

Tam siyahı ilə buradan tanış ola bilərsiniz.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR