Slimfit
  1. MARAQLI

Proqramçı GIF çap edən Polaroid hazırladı

Proqramçı GIF çap edən Polaroid hazırladı
Sakura

Proqramçı GIF çap edən Polaroid hazırladı

Polaroid OneStep kamerasının çıxmasından 40 il keçsə də onun funskiyası və dizaynından yenə də heyranıq. Proqramçı və dizayner Abişek Sinq (Abhishek Singh) Instagif NextStep kamerasını hazırladı, analoji cihazdan ruhlanaraq onu müasir funksionallıqla təchiz etdi. O kameranın dizaynını və 3 saniyəlik gifləri oxudan kartriclər götürdü. Yeni kamera klassik modelin prinsipi ilə işləyir: düyməni basan kimi kartric avtomatik çıxır.

“Belə layihələrdə onların hazırlanması üçün müxtəlif bilik və təcrübənin lazım olması xoşuma gəlir. Aparat, proqram təminatı, 3d modelləşdirmə, 3d çap, sxemlərin layihələndirilməsi, mexanika/elektrotexnika, dizayn – cihazın problemsiz işləməsi üçün bunlar lazımdır”, - Sinqx deyib.

Sinqx Instagif NextStep kamerasını yığmaq üçün ətraflı hesabat hazırlayıb, həmçinin kod, çap platası və dizayn olan fayllara olan linkləri də əlavə edib ki, istəyənlər belə kameranı rahat hazırlaya bilsinlər. Əlbəttə ki, onu hər adam bacarmır.

Ağır iş və uzun müddət xətaların həll olunması son nəticəyə dəydi. NextStep kamerası eyni prinsiplə işləyir: kartrici daxil edirsiniz, düyməni basırsınız – hazır şəkil kameradan çıxır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR