Rusiyanın Uzaq Şərq regionunda nadir Sibir pələnglərinin xəlvət çəkilmiş fotoları Leopard Torpağı adlı…
Fotoşəkillərə pələng ailəsi düşüb.
Parkda, güman edildiyinə görə, 22 yekə və 7 bala pələng var.
Parkın ərazisi 260,000 hektar sahə tutur.
Bir vaxtlar brakonyerlərə görə pələnglərin nəslinin kəsilməsi təhlükəsi reallaşmışdı, lakin indi bu heyvanların sayı bərpa olunur.
Leopard Torpağı parkı bildirib ki, gizli avtomatik kamera ilə çəkilmiş görüntülərdə ilk dəfədir ki, bir pələng ailəsinin həyatı olduqca yaxından əks olunub.
Kameralar pələngləri və leopardları monitorinq etmək üçün parkda qoruqçular tərəfindən qurulub, The Siberian Times nəşri bildirib.
Videoda ana pələng balaları ilə birgə lentə alınıb.
Həmin dişi pələng bundan əvvəl də alimlər tərəfindən müşahidə olunub və ona T7F kodu verilib.
Bu ana pələng 2014-cü ildə 3 balası ilə kameralara düşmüşdü.
Həmin balalar, güman edildiyinə görə, böyüyüb Sibirdən qonşu Çinə keçiblər.
Çəkiliş zamanı bala pələnglərdən biri kameranın üzərinə yeriyərək cihazı yıxıb, yaddaş kartı kameradan çıxaraq düşüb və nəticədə çəkiliş bitib.
Leopard Torpağı milli parkı Rusiyanın Uzaq Şərq bölgəsinin cənub şərqində Primorsk diyarında yerləşir.
Sibir pələngi
- Amur pələngi kimi də tanınır, təbii yaşayış mühiti Rusiyada yerləşir. Rusiyanın zəif iqtisadi durumu pələnglərin qırılması təhlükəsini artırır.
- Rusiyada onların ovlanması ciddi şəkildə qadağan olunsa da, qoruqçular heyvanı brakonyerlərdən qorumaq üçün xeyli səy göstərməli olurlar.
- 1930-cu illərdə pələnglərin nəsli kəsilmək həddinə çatmışdı, yalnız 20-30 pələng qalmışdı.
- İndi isə, təxminlərə görə yerli meşələrdə 600-dək Sibir pələngi var.
Mənbə: BBC Azərbaycan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət