Dərc edildi: Baxış sayı: 781
Azərbaycanda vəzifəli şəxslər cərimələndilər
Biləsuvar rayonunda yerləşən bələdiyyələrin sədrləri ilə bağlı toplu şəkildə inzibati protokol tərtib edilib.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, Biləsuvar rayon Bələdiyyəsinin ardınca İsmətli, Dəvrişli, Səmədabad, Nəsimi, Əsgərabad, Aşağı Cürəli, Yuxarı Cürəli, Çaylı, Yuxarı Ağalı bələdiyyələrinin sədrləri haqqında İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü (yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Qeyd edək ki, protokollar təsdiq edilərsə, bələdiyyə sədrləri 1000 manat məbləğində cərimə ediləcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət