Slimfit
  1. PSİXOLOGİYA

Beynimizi yanıldan 5 amil

Beynimizi yanıldan 5 amil
Sakura

Beynimizi yanıldan 5 amil

Bu məqalədə, qəribə də olsa bizdə “beyin xətasına” səbəb olan, 5 adi və gündəlik rast gəldiyimiz amil əks olunub.

Qapılar

Sizin nə vaxtsa otağa müəyyən bir məqsədlə daxil olub (məsələn, bir şey götürmək), daha sonra nə üçün gəldiyinizi unutduğunuz olubmu? Sən demə, bu qəribə yaddaş uğursuzluğunun səbəbi... qapılarda gizlənir.

Notr-Dam Universitetinin (Çikaqo yaxınlığı, ABŞ) psixoloqları müəyyən etmişlər ki, qapı girişindən keçən zaman, şərti olaraq “hadisələr sərhəddi” adlandırılan, fikir və xatirə toplularını film epizodları kimi bir-birindən ayıran bir mexanizm işə düşür.

Beyniniz avtomatik olaraq əvvəlki otaqda sizə hakim olan düşüncələri “arxivə yollayaraq” ətrafı yeniləri üçün təzələyir. “Hadisələr sərhəddi” adətən bizə fikirlərimizi və xatirələrimizi nizamlamaqda kömək edir.

Ancaq biz nə üçün gəldiyimizi... nə etməyə... və ya nə axtarmağa hazırlaşdığımızı  xatırlamağa çalışdıqda çətinliklər meydana çıxa bilir.

Səs siqnalları

Sizi ən çox hansı qıcıqlandırır: budilnik zəngi, tıxacda ilişib qalan maşın siqnalı yoxsa telefonun batareyasının bitməsini göstərən bildiriş səsi? Bu səslərin heç biri bizim eşitmə duyğumuzu oxşamır. Bu səs siqnalları müasir dünyanın özünəməxsus saundtrekinə çevrilmişdir, ancaq onların hər biri bizi qıcıqlandırmağa davam edir. Çünki, onlar bizdə kiçik “beyin xətası”na səbəb olurlar.

Təkamül bizi belə səs siqnallarına öyrəşdirməmişdir. Odur ki, onları dərk etməyə çalışırıq. Təbii səslər çox vaxt bir predmetin digərinə vurulması zamanı, məsələn baraban vuruşunda olduğu kimi, enerjinin ötürülməsi vasitəsilə yaranır. Bu halda enerji barabana ötürülür, sonra isə tədricən seyrəkləşir və səs tədricən azalır.

Bizim səsi qəbul etmə sistemimiz nə baş verdiyini - səs edən nədir və niyə səs edir - anlamaq üçün səsin udulmasından istifadə edir. Müasir səs siqnalları isə - saatda 60 mil sürətlə hərəkət edən və ehmalca əyləci basıb dayanmaq əvəzinə qəfildən divara çırpılan maşın kimidir. Səs dəyişmir, azalmır və beynimiz bunun nə olduğunu, haradan meydana çıxdığını heç cür anlaya bilmir.

Şəkillər

Şəkillərlə də buna bənzər mənzərə müşahidə olunur. Internetdən istifadə etməyi öyrənən, lakin heç cürə ona öyrəşə bilməyən nənələr kimi, biz də daima şəkillər çəkirik, ancaq şüuraltı olaraq beynimiz onları orada əks olunan obyektlərdən və ya şəxslərdən ayırmağa qadir deyil.

Məsələn: tədqiqatlar göstərmişdir ki, əgər insana onunla heç bir əlaqəsi olmayan bir şəklə ox atmaq tapşırığı verilərsə, onun sərrastlığı Hitlerin və ya özünün şəxsi düşməninin şəkli olduğu halla müqayisədə daha çox aşağı olacaqdır.

Başqa bir təcrübə zamanı məlum olmuşdur ki, əgər insana uşaqlıq xatirələriylə bağlı şəkli xırda tikələrə bölmək xahiş olunsa onda yüksək tərləmə halı əmələ gələr.

Çiyinlərimiz üzərində milyon illk bir təcrübə olmadığı üçün, beynimiz hələ də görüntüylə reallığı ayırmağa qadir deyildir.

Telefonlar

Sizdə belə olurmu: telefonun vibrasiya etdiyini hiss edərək onu götürür və çaşqınlıqla cansız ekrana baxırsız? Əgər sizdə də əksər insanlar kimi vaxtaşırı belə “xəyali vibrasiyalar” baş verirsə, bunun səbəbi beyninizin həyatınızdakı xaosu nizamlamağa çalışaraq yanlış nəticələr çıxarmasıdır.

Yazıq beyin daima müxtəlif mənşəli informasiya bombalanmasına məruz qalır. O, lazımsız səs-küyləri süzgəcdən keçirərək, vacib siqnalları ayırmağa məcbur olur.

Bugün beynimiz paltarın xışıltı səsindən tutmuş mədənin qurultusuna qədər hər şeyi yanlış interpretasiya edir və bizə zəng və ya SMS gəldiyini xəbər verməyə tələsir.

Telefonun vibrasiya illuziyası da eynilə bu cür baş verir.

Təkər

Fikir vermisinizmi, bəzən filmdə elə görünür ki, avtomobilin təkəri əks tərəfə fırlanır. Bu ona görə belə görünür ki, kamera müəyyən tezlikli hərəkətsiz təsvirlər qeydə alır, beyin isə bu təsvirlər arasındakı boşluqları dolduraraq oxşar kadrlar arasında fasiləsiz hərəkət illuziyası yaradır. Əgər təkər bu və digər kadrlar arasında böyük bir dövr edirsə, onda beyin üçün ən aydın hərəkət istiqaməti – tərsinədir. Çünki, tərs istiqamət kadrlar arasında minimal fərqlə müşaiyət olunacaq.

Eyni zamanda, əks tərəfə fırlanan təkər effekti real həyatda da rast gəlinə bilər. Bu fenomeni izah edən başlıca nəzəriyyə aşağıdakı kimidir: beyin hərəkətləri demək olar ki,  kamera kimi ardıcıl statik təsvirlər formasında qəbul edir.

 

Mənbə: http://www.ameankpi.org/index.php?page=addread&id=3278

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR