Slimfit
  1. TEXNOLOGİYA

İnsan gözünün görmədiyi şəkilləri görən kamera hazırlandı

İnsan gözünün görmədiyi şəkilləri görən kamera hazırlandı
Sakura

İnsan gözünün görmədiyi şəkilləri görən kamera hazırlandı

                Lusanna İsveçrə Federal Politexnik Universitetinin alimləri (Swiss Ecole Polytechnique Federale de Lausanne, EPFL) videoda şəklin gizlədilməsi texnologiyasını hazırladılar, bu da insanın görmə imkanlarının məhdudiyyətlərindən istifadə edir.  Xüsusi hazırlanmış videoda yerləşdirilən şəkil insan gözü üçün görünməzdir, lakin o xüsusi kamera ilə aşkar edilib bərpa edilə bilər.

                İnsanın vizual qavrayışı şəklin sürətli dəyişməsi olmayan şəraitdə çox effektiv işləyir. Bir kadr 40 millisaniyədən az davam edirsə insanın gözü və beyni şəkli qəbul edib qavramaq iqtidarında olmur. Lakin bu kadr sürət xarakteristikası insan gözünün imkanlarını dəfələrlə üstələyən kamera vasitəsilə əldə edilə bilər.

                Bu effekt EPFL alimləri tərəfindən müvəqqəti maskalanma adlanan texnologiya - vizual şəklin gizlədilməsi üçün istifadə olunub. Gizlədilən şəkil özlüyündə sıra ilə dəyişən kadrlara çevrilən riyazi emala məruz qalır, bunlar da “tempokod” adlanır. Bu dəyişikliklər elə hesablanır ki, videoya əlavə informasiyanın əlavə olunması əsas videonun keyfiyyətinə təsir göstərmir. Bu zaman isə əsasə videoya baxmaqla məşğul olan  insan gözü və beyni sadəcə olaraq kənar informasiyanın kiçik əlamətlərini belə müşahidə etmək iqtidarında olmur.

                Şəklin əksinə çevrilməsi adi kamera ilə həyata keçirilir və hətta adi smartfon kamerası ilə də edilə bilər, bunun üçün əsas şərt kontrast, şəffaflıq və çəkiliş ardıcıllığı nizamlamalarının olmasıdır. Bu texnologiyanın işlək olmasını yoxlamaq üçün alimlər xüsusi video hazırladılar, burada da əsas videonun 8, 10 və 15-ci saniyələrində əlavə şəkil gizlədilmişdir. Məhz bu çəkiliş ardıcıllığını istifadə olunan kamera təchiz etməlidir, ardıcıllıq dəyəri isə gizli informasiyaya girişi təmin edən “şifrələmə açarı” rolunu oynayır.

                “Biz videoda bir şəkil gizlətdik, bu da kifayət qədər uzun vaxt aralığında qəbul edilən şəkilləri seçə bilməyən insan gözü ilə qəbul edilə bilməz” – yeni metodun hazırlanmasında iştirak edən alim – Rocer David Herş (Roger David Hersch) söyləyir, - “Lakin şifrələməni açan kamera üçün kadrların dəyişmə tezliyinin heç bir fərqi yoxdur, onun ötürücüsü obyektivə düşən hər şeyi ayırd edə bilir, yekun emal və mənbə şəklinin bərpası xüsusi proqram təminatı tərəfindən həyata keçirilir, bunun icrası isə hətta çox güclü olmayan mobil telefonun prosessorunu tərəfindən həyata keçirilə bilər”.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR