Slimfit
  1. TEXNOLOGİYA

Mobil cihaz ötürücüləri istifadəçi məlumatlarının oğurlanmasına şərait yaradır

Mobil cihaz ötürücüləri istifadəçi məlumatlarının oğurlanmasına şərait yaradır
Sakura

Nyukasl Universitetinin alimləri araşdırma aparıblar. Məlum olub ki, müasir qadcetlərdə quraşdırılan…

İstifadəçilərin çoxu bilir ki, onların smartfonları xaker hücumlarından elə də yaxşı qorunmur, lakin araşdırma zamanı məlum olub ki, vəziyyət təsəvvür olunandan da pisdir. Nyukasl Universitetinin alimlərinin yeni araşdırmasına əsasən portativ oyun konsolları, fitnes-trekerlər və digər qadcetlərin müdafiəsi xaker hücumlarına qarşı çox zəifdir, bu hücumlar zamanı onlar belə cihazların müxtəlif ötürücülərindən istifadə edirlər.

Araşdırma zamanı müəyyən olunub ki, smartfonda GPS, kamera, mikrofon, giroskop və digərləri də daxil olmaqla orta hesabla 25 ötürücü var. Bunların da hər biri xakerlərə istifadəçilərin şifrəni daxil etməsi zamanı davranışlarını müəyyən etməyə kömək edir. Bununla yanaşı dörd rəqəmli şifrənin ilk cəhddə təxmin edilməsi 70%. Beşincə cəhdi isə 100%-ə çatır. Belə informasiyanın əldə edilməsi üçün xakerlər cihazın ötürücülərinə girişi olan sayt və mobil proqramlardan da istifadə edə bilər.

Bundan başqa alimlər aşkar ediblər ki, smartfonda zərərli sayt sizin hətta brauzerdə digər sayta baxış zamanı belə şəxsi informasiyaları toplaya bilər.

Araşdırmalar göstərir ki, istifadəçilərin smartfonda həyata keçirdiyi adi hərəkətlər onun ötürücüləri tərəfindən asanlıqla aşkar edilir.

Qeyd etmək lazımdır ki, alimlər diqqətini daha çox istifadəçilərin smartfonun GPS və kamerasından başqa digər ötürücülərinin təhlükəli olması barədə nadir hallarda fikirləşməsinə cəmləşdiriblər. Beləliklə heç kim təsəvvür edə bilmir ki, kompas və ya hərəkət ötürücüsü ilə şəxsi informasiyanı oğurlamaq olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR