Slimfit
  1. TARİX

Atom bombasını əslində kim yaradıb?

Atom bombasını əslində kim yaradıb?
Sakura

Atom bombasını əslində kim yaradıb?

Atom bombasının yaradıcılarını adətən Robert Oppenqeymer və sovet alimi İqor Kurçatov hesab edirlər. Lakin ölümcül silahın üzərində işlərin dörd ölkədə paralel olaraq aparılması və bu ölkələrdən başqa burada İtaliya, Macarıstan və Danimarka əsilllilərin iştirakını nəzərə alsaq hazırlanan bombanın müxtəlif ölkələrin nümayəndələrinin əməyinin nəticəsi hesab etmək olar.

İlk olaraq bu işə almanlar başlayıb. 1938-ci ilin dekabrında Otto Qan və Friç Ştrassman adlı fiziklər dünyada ilk dəfə uran atomunun nüvəsinin süni bölünməsini həyata keçirdilər. 1939-cu ilin aprel ayında Almaniyanın hərbi rəhbərliyinin ünvanına Hamburq Universitetinin professorları PşXartek və V. Qrotdan məktub daxil oldu. Bu məktubda yeni yüksək effektli partlayıcı maddənin yeni növünün yaradılmasının prinsipial imkanı göstərilmişdi. Alimlər yazırdılar: “Nüvə fizikasının nailiyyətlərini praktik olaraq ilk mənimsəyən ölkə digərlərinin üzərində mütləq üstünlüyə malik olacaqlar”.  Dərhal imperiyanın Elm və Təhsil Nazirliyində “Özü yayılan (zəncirvari) nüvə reaksiyası” mövzusuna dair iclas çağırılır.  İştirakçılar arasında Üçüncü reyxin silah İdarəetməsinin araşdırma şöbəsinin rəhbəri professor E.Şuman da var idi. Gecikdirmədən sözlərdən işə keçdilər. Artıq 1939-cu ilin iyununda Berlinin yanında Kummersdorf poliqonunda  Almaniyada ilk reaktor quraşdırması tikintisinə başlandı. Almaniya sərhərlərindən kərana uran daşınmasını qadağan edən qanun qəbul olunub, Belçika Konqosunda isə böyük həcmdə uran mədənləri aldırlar.

Almaniya başlayır və... uduzur

1939-cu il 26 sentyabr tarixində Avropda müharibə alovlananda uran problemi və “Uran layihəsi” adlanan proqramın icrası ilə əlaqədar bütün işlərin məxfiləşdirilməsi qərara alındı. Layihədə iştirak edən alimlər əvvəlcə tam nikbin idilər: onlar il ərzində nüvə silahının yaradılmasını mümkün hesab edirdilər. Həyat onların səhv olduğunu göstərdi.

Layihədə iştirak üçün 22 təşkilat, həmçinin Kayzer Vilhelm Cəmiyyətinin Fizika İnstitutu, Hamburq Universitetinin fiziki kimya İnstitutu, Berlindəki Ali texniki məktəbin Fizika İnstitutu, Leypsiq Universitetinin fizika-kimya institutu kimi məşhur elmi mərkəzlər cəlb olunmuşdu. Layihəyə imperiyanın hərbi naziri Albert Şpeer şəxsən nəzarət edirdi. “İQ Farbenindustri” konserninə altıflorlu uranın istehsalı həvalə olunmuşdu ki, ondan da zəncirvari reaksiyanı dəstəkləməyə qadir olan uran-235 izotopunu çıxarmaq mümkün idi. Bu şirkətə həmçinin izotopların bölünməsi quraşdırmasının tikintisi həvalə olunmuşdu. Bu işdə Heyzenberq, Vayszekker, fon Ardenne, Ril, Poze, nobel laureatı Qustav Qerç və s. hörmətli alimlər birbaşa iştirak edirdilər.

İki il ərzində Heyzenberq qrupu uran və ağır suyu istifadə etməklə atom reaktorunun hazırlanması üçün lazım olan araşdırmanı apardı. Təsdiq olundu ki, partlayıcı maddə ancaq izotoplardan biri, daha dəqiq desək adi uran filizinin tərkibində çox kiçik həcmdə olan uran-235 ola bilər. İlk problem bundan ibarət idi ki, onu ordan necə təcrid etmək lazımdır. Bombanın yaradılması proqramının başlanğıc nöqtəsi atom reaktoru idi, onun üçün reaksiyanın yavaşladıcısı kimi qrafit və ya ağır su tələb olunurdu. Alman fizikləri suyu seçdilər, bu zaman özlərinə ciddi problem yaratdılar. Norveçin işğalından sonra nasistlərin əlinə o vaxt dünyada yeganə olan ağır su istehsalı zavodu keçdi. Lakin orada fiziklərə müharibənin başlanğıcı üçün lazımi miqdarda ehtiyat sadəcə bir neçə on kiloqram idi, heç o da almanlara qismət olmadı – fransızlar qiymətli məhsulu onların gözünün qabağından apardılar. 1943-cü ilin fevral ayında Norveçə düşmüş ingilis kommandosu yerli müqaviətin döyüşçülərinin köməyi ilə zavodu sıradan çıxardılar. Almaniyanın nüvə proqramının reallaşması təhlükə altında qaldı. Bununla almanların müsibəti bitmədi: Leypsiqdə təcrübəli nüvə reaktoru partladı. Uran layihəsi Hitler tərəfindən o vaxta qədər dəstəkləndi ki, onun tərəfindən başlanılmış müharibənin sonuna qədər çox güclü slilahı əldə etmək üçün ümid hələ də qalırdı. Heyzenberq Şpeeri dəvət etdi və birbaşa soruşdu: “Bombardman etmək üçün hazır olan bombanın yaradılmasını nə vaxta gözləmək olar?”. Alim səmimi oldu: “Təxmin edirəm ki, bir neçə il gərgin işləmək lazım olacaq, istənilən halda hazırki müharibənin nəticəsinə bomba təsir göstərə bilməcəyək”. Almaniya rəhbərliyi hadisələrə təkan verməyin mənası olmamasını səmərəli hesab etdi. Qoy alimlər sakit işləsinlər – bir də gördün növbəti müharibəyə çatdırdılar. Nəticədə Hitler elmi, istehsalat və maliyyə resurslarını ancaq yeni növ silahların qısa müddətdə hazırlanması layihələrinə yönəltməyə qərar verdi. Uran layihəsi üzrə dövlət maliyyələşdirməsi məhdudlaşdırıldı. Buna baxmayaraq alimlərin işi davam etdirilirdi.

1944-cü ildə Heyzenberq  böyük reaktor quraşdırması üçün tökmə uran lövhələri əldə etdi ki, onun altında Berlində artıq xüsusi bunker tikilirdi. Zəncirvari reaksiyanın alınması üzrə son təcrübə 1945-ci ilin yanvar ayında qeyd olundu, lakin 31 yanvarda bütün avadanlığı təcili sökdülər və Berlindən İsveçrə sərhədinə yaxın olan Hayqerlox kəndinə göndərdilər, onu orada ancaq fevral ayında açdılar. Reaktorun tərkibində ümumi çəkisi 1525kq olmaqla 10 ton çəkiyə malik qrafit gecikdirici-reflektorla əhatələnən  664 kub uran var idi. 1945-ci ilin mart ayında aktiv sahəyə əlavə olaraq 1,5 ton ağır su tökdülər. 23 martda Berlinə bildirildi ki, reaktor işlədi. Lakin sevincləri çox çəkmədi – reaktor kritik nöqtəyə çatmadı, zəncirvari reaksiya getmədi. Yenidən hesablamalardan sonra aydın oldu ki, uranın çəkisini ən azından 750kq artırmaq lazımdır, proporsional olaraq ağır suyun da çəkisini artırmaq lazımdır. Lakin heç birinin ehtiyatı qalmamışdı. Üçüncü reyxin sonu yaxınlaşırdı. 23 aprel tarixində Hayqerloxa amerika qoşunları daxil oldu. Reaktor söküldü və ABŞ-a aparıldı.

Həmin vaxt okeanın o biri tərəfində

Almanlarla paralel olaraq (bir az gecikmə ilə) atom silahının hazırlanması ilə İngiltərə və ABŞ məşğul olurdu. Buna başlanğıc 1939-cu ilin sentyabrında Albert Eynşteynin ABŞ prezidenti Franklin Ruzveltə göndərdiyi məktub oldu. Məktubun təşəbbüskarı və mətnin böyük hissəsinin müəllifləri Macarıstandan olan fizik-emiqrantlar Leo Silard, Yucin Viqner və Edvard Teller idi. Məktub prezidentin nəzərinə çatdırırdı ki, nasist Almaniyası aktiv araşdırmalar aparır, nəticədə tezliklə atom bombasına malik ola bilər.

SSRİ-də həm müttəfiqlərin, həm də düşmənlərin apardığı işlər barədə Stalinə hələ 1943-cü ildə kəşfiyyat tərəfindən məruzə edilmişdi. Dərhal bu tip işlərin İttifaqda başladılması qərarı verildi. Beləliklə sovet atom layihəsi başlandı. Tapşırığı təkcə alimlər deyil, həmçinin nüvə sirlərinin əldə edilməsi ən yüksək tapşırıq hesab edilən kəşfiyyatçılar da əldə etdi.

ABŞ-dakı atom bombası üzərində olan işlər barədə kəşfiyyatın əldə etdiyi ən dəyərli məlumatlar sovet nüvə layihəsinin inkişafına kömək etdi. Onda iştirak edən alimlər çıxılmaz yolların axtarışından yayınmağa nail oldular, bununla da son məqsədə nail olmağı əhəmiyyətli dərəcədə sürətləndirdilər.

Sonuncu düşmən və müttəfiqlərin təcrübəsi

Təbii ki, sovet rəhbərliyi almanların da atom layihəsinə laqeyd qala bilməzdi. Müharibə bitəndən sonra Almaniyaya sovet fizikləri qrupu göndərildi, onların arasında gələcək akademiklər Arsimoviç, Kikoin, Xariton, Şelkin var idi. Onlar Qırmızı Ordunun polkovnikləri formasında maskalanmışdılar. Əməliyyata daxil işlər xalq komitəsinin birinci müavini İvan Serov başçılıq edirdi, bu da bütün qapıları açırdı. “Polkovniklər” lazımi alman alimlərindən başqa tonlarla metal uran axtarıb tapdılar ki, Kurçatovun fikrincə bu sovet bombası üzərində aparılan işləri bir il azaltmağa imkan verdi. Amerikalılar da Almaniyadan böyük həcmdə uran, həmçinin layihə üzərində işləyən mütəxəssisləri apardılar. SSRİ-ə isə fizik və kimyaçılardan başqa mexaniklər, elektrotexniklər və şüşəçiləri də aparırdılar. Bəzilərini hərbi əsir düşərgələrindən tapırdılar. Məs: gələcək sovet akademiki Maks Şteynbeki düşərgənin komandirinin tapşırığı ilə günəş saatı düzəldərkən götürüblər. Ümumilikdə SSRİ-də atom layihəsi üzərində 1000-dən çox alman mütəxəssisi işləyirdi. Berlindən fon Ardennenin uran sentrifuqası ilə olan laboratoriyası, Kayzerov Fizika İnstitutunun avadanlıqları, sənədlər, reaktivlər bütövlükdə aparılmışdı. Atom layihəsi çərçivəsində “A”, “B”, “V” və “Q” laboratoriyaları yaradılmışdı ki, onların rəhbərləri Almaniyadan gələn alimlər idi.

“A” laboratoriyasına uran izotoplarının sentrifuqada qaz-diffuziyalı təmizlənilməsi və  bölgüsünü hazırlayan istedadlı fizik baron Manfred fon Ardenne rəhbərlik edirdi. Əvvəlcə onun laboratoriyası Moskvada Oktyabr meydanında yerləşirdi. Hər bir alman mütəxəssisinə 5-6 sovet mühəndisi təhkim olunurdu. Sonra laboratoriya Suxumiyə köçdü, Oktyabr meydanında isə məşhur Kurçatov İnstitutu ucaldıldı. Suxumidə fon Ardennenin laboratoriyasının bazasında Suxumi fizika-texniki İntitutu formalaşdırıldı. 1947-ci ildə Ardenne uran izotoplarının sənaye miqyasında təmizlənməsi üçün sentrifuqanın yaradılmasına görə Stalin mükafatına layiq görüldü. O arvadı ilə evdə yaşayırdı, arvadı Almaniyadan gətirilən royalda musiqi ilə məşğul olurdu. Digər alman mütəxəssislərini də incitmirdilər: onlar öz ailələri ilə gəlmişdilər, özləri ilə mebellərini, kitab, rəsm əsərlərini gətirmişdilər və yaxşı maaş və yeməklə təmin olunmuşdular. Onlar əsir idilərmi? Atom layihəsinin aktiv iştirakçısı kimi akademik A.P.Aleksnadrov qeyd edib: “Əlbəttə ki, alman mütəxəssisləri əsir idilər, lakin bizim özümüz də əsir idik”.

 1920-ci illərdə Almaniyaya köçmüş əslən Sankt-Peterburqdan olan Nikolaus Ril “B” laboratoriyasının rəhbəri oldu, bu laboratoriya Uralda (Snejinsk) radiasiya kimyası və biologiyası sahəsində araşdırmalar aparırdı. Burada Rillə onun Almaniyadan tanıdığı köhnə tanışı, görkəmli rus bioloq-genetiki Timofeyev Resovskiy işləyirdi.

Ən çətin problemlərin effektiv həllini tapmağı bacaran tədqiqatçı və istedadlı təşkilatçı kimi SSRİ-də tanınan doktor Ril sovet atom layihəsinin əsas simalarından biri oldu. Sovet bombasının uğurlu sınağından sonra o Sosialist Əməyi Qəhrəmanı və Stalin mükafatı laureatı oldu.

Obninskdə təşkil olunmuş “V” laboratoriyasının işlərinə nüvə araşdırmaları sahəsində pionerlərdən biri olan professor Rudolf Poze rəhbərlik edirdi. Onun rəhbərliyi altında sürətli neyronlar üzərində reaktorlar, İttifaqda ilk Atom Elektrik Stansiyası hazırlandı, sualtı qayıqlar üçün reaktorların layihələndirilməsi işlərinə başlandı. Orbinskdəki obyekt A.İ.Leypunsk adına fizika-energetika institutunun təşkili üçün əsas oldu. Poze Suxumidə 1957-ci ilə qədər işlədi, sonra Dubnedə Birləşmiş nüvə tədqiqatları institutunda işlədi.

“Aqudzera” Suxumi sanatoriyasında yerləşmiş “Q” laboratoriyasının rəhbəri XIX əsrin məşhur fizikinin qardaşı oğlu Qustav Herz oldu. O Nils Borun atom nəzəriyyəsi və kvant mexanikasının təsdiqinə çevrilən bir sıra təcrübələrə görə tanındı. Onun Suxumidəki uğurlu fəalliyyəti sonra Novouralskda inşa edilmiş sənaye tikintisində istifadə olundu, orada 1949-cu ildə RDS-1 adlı ilk sovet atom bombasının tərkibi hazırlandı. Atom layihəsi çərçivəsində öz uğurlarına görə Qustav Herz 1951-ci ildə Stalin mükafatına layiq görüldü.

Öz ölkələrinə (ADR) qayıtmaq icazəsi alan alman mütəxəssisləri sovet atom layihəsində iştirikaları haqqında məlumatları 25 il ərzində məxfi saxlamaq barədə sənədlər imzalayırdılar. Almaniyada onlar öz ixtisasları üzrə işləməyə davam edirdilər. Beləliklə, iki dəfə ADR Milli mükafatına layiq görülən Manfred fon Ardenne Drezdendə Fizika İnstitutunun direktoru vəzifəsini tuturdu, o Qustav Herzin rəhbərlik etdiyi atom enerjisinin sülh məqsədləri üçün tətbiqi üzrə Elmi Şuranın himayədarlığı altında yaradılmışdı. Milli mükafatı Herz də nüvə fizikası üzrə üçatomlu elmi iş-dərsliyin müəllifi kimi aldı. Drezdendəki Texniki Universitetdə həm də Rudolf Poze işləyirdi.

Kəşfiyyatçıların uğurları kimi alman alimlərinin atom layihəsində iştirakı sovet alimlərinin nailiyyətlərindən az deyil, onların fədakar əməyi sayəsində sovet atom silahının yaradılması təmin edilmişdi. Lakin etiraf edək ki, hər ikisinin əməyi olmadan SSRİ-də atom sənayesi və silahının yaradılması illərlə uzana bilərdi.

Little Boy

Xirosimanı məhv edən amerikan uran bombası top konstruksiyasına malik idi. Sovet atomçuları RDS-1 yaradarkən impoziya sxemi üzrə plutoniumdan hazırlanmış"Fat boy" - "Naqasaki bombası"na əsaslanıblar.

 

Uranın sentrifuqada qaz-diffuzion təmizlənməsi və bölünməsi metodunu hazırlayan Manfred fon Ardenne

 

Crossroads əməliyyatı - 1946-cı ilin yayında Bikini mərcad adasında ABŞ tərəfindən keçirilmiş bir sıra atom bombası sınağı. Məqsəd atom silahının gəmilərdəki effektini yoxlamaq idi.

Xaricdən kömək

1933-cü ildə alman kommunisti Klaus Fuks İngiltərəyə qaçdı. Bristol universitetində fizika diplomu alandan sonra işləməyə davam etdi. 1941-ci ildə Fuks özünün atom araşdırmalarında iştirakə barədə sovet kəşfiyyatının agenti Yurgen Kuçinskiyə məlumat verdi, o da öz növbəsində sovet səfiri İvan Mayskiyə xəbər verdi.   O hərbi işçiyə dərhal Fuksla əlaqəyə girmək tapşırığını verdi, Fuks bir qrup alimlə ABŞ-a yollanırdı. Fuks sovet kəşfiyyatına işləməyə razı oldu. Onunla birlikdə işə çoxlu sovet kəşfiyyatçısı qanunsuz immiqrantlar qoşuldu: Zarubinlər, Eytinqon, Vasilevskiy, Semenov və başqaları. Onların aktiv fəaliyyəti nəticəsində artıq 1945-ci ilin yanvar ayında SSRİ ilk atom bombasının konstruksiyasının izahına sahib oldu. Bununla yanaşı ABŞ-dakı sovet rezudenturası xəbər verdi ki, atom silahının əhəmiyyətli arsenalını yaratmaq üçün amerikalılara ən azı 1 il, ən çoxu isə 5 il müddət lazımdır. Məlumatda həmçinin deyilirdi ki, ilk iki bombanın partlaması artıq bir neçə ay sonra baş tuta bilər.

Nüvə bölünməsinin pionerləri

K.A.Petrjak və Q,N.Flerov

1940-cı ildə İqor Kurçatovun laboratoriyasında iki cavan fizik tərəfindən atom nüvələrinin radioaktiv əriməsinin yeni özünəməxsus növü - təbii parçalanması kəşf olundu

 

Otto Qan

1938-ci ilin dekabrında alman fizikləri Otto Qan və Fris Ştrassman dünyada ilk dəfə uran atomunun nüvəsinin süni parçalanmasını həyata keçirdilər. 

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR