Braziliya alimləri iki qrafen vərəqini yüksək təzyiq altında sıxıb nəticədə əsl almazdan nazik lent…
Almaz ikiölçülü səthə keçir. Qrafen kimi almaz da karbon atomlarından ibarətdir; lakin əgər birinci boruvari struktura malikdirsə, yeni ixtira diamondin – isə tamamilə düz almaz lentidir.
İki qrafen vərəqi Yerin atmosfer təzyiqindən on min dəfələrlər artıq təzyiq altında sıxılırsa göründüyü kimi maddənin kristallik strukturu dəyişir – qrafen almaza çevrilir. Bu ixtira Braziliyada Belu-Orizontidə Federal-de-Minas-Jerays Universitetindən olan fizik Luis Qustavoya Kansadoya (Luiz Gustavo Cançado) məxsusdur. O öz nəticələri barədə Nature Communications portalında yazı dərc edib.
Məlumdur ki, almaz yüksək sərtliyə malikdir, belə materialın nanotexnologiyalar sahəsində maniulyasiyalar üçün istifadəsi isə alimlərə müxtəlif lazımlı ixtira və kəşflər etməyə imkan verəcək. Diamondit həmçinin maqnit xüsusiyyətinə malikdir, çünki o spintronikada istifadə oluna bilər – bu metodda elektron spinləri məlumat saxlanılması üçün istifadə olunur.
Alimlər yeni materialın kristallik strukturunu Raman effektinin (molekulyar maddələrin optik şüalandırmasının radiasiya tezliyin dəyişikliyi ilə müşayiət olunan elastik yayılması ) əsasında işığın kombinasiyalı yayılmasının spektroskopiyası metodu vasitəsilə öyrənirlər. Təzyiqin dəyişməsi ilə atom çərçivəsinin formasının dəyişməsini müşahidə edərək alimlər almazın formalaşmasının köklü sübutunu əldə etməyə nail oldular. Növbəti addım – materialı rentgenlə şüalandırmaq və beləliklə onun almaz strukturunun olmasını sübut etməkdir.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət