Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Sakura

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama yayıb.

Ens.Az-ın məlumatına əsasən,Agentliyin mətbuat katibi Pərvanə İmanova Oxu.Az-a açıqlamasında bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-ya məlumat daxil olub:

"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR