Slimfit
  1. TARİX

Qax rayonunun Ləkit-Kötüklü kəndi yaxınlığında paleolit

Qax rayonunun Ləkit-Kötüklü kəndi yaxınlığında paleolit
Sakura

Qax rayonunun Ləkit-Kötüklü kəndi yaxınlığında paleolit

Artıq bir neçə ildir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun paleolit arxeoloji ekspedisiyası rəhbəri aparıcı elmi işçi Mənsur Mənsurov Böyük Qafqazın cənub-şərq ətəklərində yüksək (1400 m) dağlıq ərazilərdə (Qax-Zaqatala) ilk daş dövrü yaşayış yerlərinin axtarışı ilə məşğuldur.
2012-2013-cü illərin yay mövsümlərində Qax rayonunun Ləkit-Kötüklü kəndi ətrafında Mezozoy-Yura dövrü əhəng qaya zolağında paleolit (qədim daş) dövrü mağara düşərgələri üzə çıxarmışdır. Ləkit-Kötüklünün Xorqaya mağarasında 2m dərindəki çöküntülər altında iri ocaq yeri və onun ətrafında yastı qaya daşları düzülmüş sahə qeydə almışdır. Həmçinin, bu səviyyədən orta aşel (450 min il əvvəl) dövrünə aid çopper (kobudvurma aləti) bıçaq, yonma-sıyırma və çapma alətləri əldə etmişdir.
Lakin, 2015-ci ilin avqust-sentyabr aylarında Xorqaya mağarasında apardığı qazıntılar nəticəsində 5-6 metr dərinliklərdə müəyyənləşən mədəni təbəqələrdən sümükdən yonulub hazırlanmış 12 sm böyüklüyündə iynə, biz və seriyalarla çopper, makro, mikro nüvə, kəsmə, doğrama, dişli qaşov tipli sıyırma, ütü, rəndə formalı yonma-sığallama alətlərin dövrün texniki səviyyəsinə qeyri-adilik gətirir. Alt laylardan kömür, fauna qalıqları da götürülmüşdür. Onlar (fauna) iri onurğalı və xırda buynuzlu heyvanlara, quş və gəmirici kimilərə aid edilir. Bu ilki tədqiqatlar əsasında Xorqaya mağarasında gedən qazıntılardan əldə etdiyimiz alət servizi formaları, ölçüləri, ikinci işlənmə (dişək) üsullarına, biçim tərzlərinə görə orijinal təsir bağışlayır. Belə ki, arxaik aşel (670 min il əvvəl) dövrünə aid ən möhtəşəm abidə olan Azıx mağarasının VI (6) təbəqəsindən çopperlərlə yanaşı, əl çapacaqları, müxtəlif qaşov itiuclular və başqa növ alətlər də üzə çıxarılmışdır. Azıxda Xorqaya formalı alətlər yoxdur.
Amma alət kompleksində klassik əl çapacağı olmayan, yalnız sıyırma-yonma biçimli, makro çopper ölçülü alət servizinə malik qədim daş dövrü yaşayış yerləri Avropanın bir neçə dairəsində, Asiyanın cənub qurşağında, eləcə də Şimali Qafqazın maili zolaqlarında da öyrənilmişdir.
Deməli belə aydın olur ki, ibtidai insan kollektivləri fərqli-fərqli texniki əməyə əsaslanan alət dəstlərinə malik olmuşdur.
Əgər Homo sapienslərin bir neçə regionda formalaşıb fəaliyyət dairəsini genişləndirməyi sübuta yetirilibsə, arxantropların, driopiteklərin də bir neçə ocaqdan mənşə tapdığını deməyə və bununla da geniş dairədə polisentizm problemini qabartmağa zəngin, bənzərsiz abidələrimiz vardır. Məsələn: Azıx, Qaraca, Xorqaya kimi.
İndiki halda Xorqaya paleolit mağara düşərgəsinin hələlik qazılmış alt laylarından tapılan alət və əşya kompleksi Cənubi Qafqazda orijinallığı ilə seçilən ən parlaq mədəniyyət olduğu bariz şəkildə nəzərə çarpır.

 

 

Arxeoloqlar Natiq Alishov və Mənsur Mənsurov ilkin arxeolji kəşfiyyat zamanı.2012-ci il

Daş əmək alətləri.(450 000 -il əvvəl)

 

 

Sümükdən yonulub hazırlanmış 12 sm böyüklüyündə iynə, biz (670 000-il əvvəl)

Daş əmək alətləri.(450 000 -il əvvəl)

Daş əmək alətləri.(450 000 -il əvvəl)

Xorqayada arxeolji qazıntı yerindən görünüş

 

İri onurğalı və xırda buynuzlu heyvanlara aid fauna qalıqları.(670 000-il əvvəl)

Arxeoloji ekspedisiyanın rəhbəri Mənsur Mənsurov.Daş əmək alətləri.(450 000 -il əvvəl)

Müəlliflik hüquqları Qax tarix-diyarşünaslıq muzeyinin fonduna məxsusdur. Bu fotoların digər saytlarda yayılması ancaq müəllifin razılığı əsasında ola bilər.

Məlumat üçün Mahir Əfəndiyə təşəkkür edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR