Dərc edildi: Baxış sayı: 94
Bakıda polis 10 min manat pul tapdı, sahibinə qaytarıldı
Artıq tapılan 10 000 manat vəsait sahibinə qaytarılıb.
Ens.Az-ın məlumatına əsasən,bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib:
"10000 manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb".
"Həmin pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub. Jurnalist həmkarlarıma təşəkkür edirəm" - deyə o paylaşımında qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət