Yerimək qaçışdan daha xeyirlidir
Gəzinti sağalmanın daha sadə metodudur, çünki onunla praktik olaraq hər yerdə məşğul olmaq mümkündür. Gəzinti zamanı ürək-damar sistemi ilə olan problemlər 72% azalır, bu da gəzintinin effektivliyini sübut edir.
Qaçış zamanı siz nəbzin icazə verilən həddinə tez çatırsınız və oqranizm piyin əridilməsinə deyil, qlükozanın istehlakı rejiminə keçir. Templi gəzinti ilə məşğul ola zaman isə piy hüceyrələri öz enerjisini verir.
Yorulmamaq üçün düzgün qaydada gəzmək lazımdır: düzgün qamət, qarını yığmaq, sinəni irəli çəkmək. Bu zaman nəfəs dərin olur, yeriş təbii olmalıdır, əllər sərbəst hərəkət etməlidir. Başlanğıc üçün gəzinti üçün 40 dəqiqə ayırmaq lazımdır, sonra öz gücünüzə əmin olsanız bu vaxtı 2-3 saata qədər artıra bilərsiniz.
Təbii ki, əgər siz artıq çəkidən yaxa qurtarmaq istəyirsinizsə təkcə gəzinti az olacaq. Düzgün qidalanma və məşq bu işdə sizə köməklik göstərəcək.
Gəzintinin üstünlüyü bundadır ki, siz istənilən yaşda və çəkidə ola bilərsiniz, belə fiziki fəaliyyət sizin sağlamlığınıza zərər verməyəcək.
Yekun olaraq deyə bilərik ki, gəzinti qaçışdan daha xeyirlidir. Onunla çəki itirmək və sadəcə olaraq sağlamlığının qayğısına qalmaq istəyən, fiziki cəhətdən hazır olmayan insanlar məşğul ola bilərlər.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət