Slimfit
  1. SİYASƏT

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb
Sakura

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb

COP29 çərçivəsində “Sağlamlığa Xidmət” İctimai Birliyi və Beynəlxalq Stop Vərəm Tərəfdaşlığının birgə təşkilatçılığı ilə noyabrın 16-da iqlim dəyişmələrinin sağlamlığa təsiri, o cümlədən antimikrobial rezistentlik mövzusunda yüksəksəviyyəli müzakirə keçirilib.

Ens.Az-ın məlumatına əsasən, tədbirdə Kamerundan olan deputat Nqayap Pier Flambe, Kenya parlamentinin deputatı Stefen Myul, Zambiya parlamentinin üzvü Xristofer Xalila, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Pərvanə Vəliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli iştirak ediblər. Məruzəçilər iqlim dəyişmələrinin qlobal sağlamlıq üçün ciddi təhdidlər və yeni sağlamlıq riskləri yaratdığını vurğulayıblar.

Bildirilib ki, ekstremal hava hadisələrinin artan tezliyi və intensivliyi, temperaturun artması insanların sağlamlığına və rifahına birbaşa təsir göstərir.

Qeyd olunub ki, iqlim dəyişmələri ekosistemləri pozur, yoluxucu xəstəliklərin yaranmasına və yayılmasına səbəb olur, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Panel sessiyalarda TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva Səhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova, Qazaxıstan, Qırğızıstan və Hindistandan ekspertlər sözügedən mövzuda auditoriyanın suallarını cavablandırıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR