Slimfit
  1. TEXNOLOGİYA

DeepLoco: robotlar dərin tədrisin köməyi ilə yeriməyi öyrənirlər

DeepLoco: robotlar dərin tədrisin köməyi ilə yeriməyi öyrənirlər
Sakura

DeepLoco: robotlar dərin tədrisin köməyi ilə yeriməyi öyrənirlər

Siggraph 2017 zamanı proqramçılar komandası nümayiş etdirdilər ki, dərin tədris alqoritmlərinin köməyi ilə robotlara nəinki yerimək, həmçinin qaçmaq və çətin maneələri dəf etməyi öyrətmək olar.

Heyvanların əksəriyyəti üçün yerimə instiktiv və təbiidir və onlar doğulduqdan bir neçə dəqiqə sonra ayaq üstə dayana bilirlər. İnsanlar üçün bu proses daha mürəkkəbdir və öyrədilmə tələb edir. Eyni prinsip robotlar üçün də keçərlidir: dərin tədris alqoritminin köməyi ilə robotu imitasiya edən proqram qısa praktikadan sonra bütün mümkün manelələri dəf etməyi öyrəndi – nə vaxtsa real robotlar da bu fənddən istifadə edə biləcəklər.

DeepLoco layihəsi – kompüter animasiyaları özəlliklərinə həsr olunmuş Siggraph 2017 konfransında təqdim olunan dərin tədris üzrə sınaqlar toplusudur.

Sadə formada desək DeepLoco layihəsi iki hissədən ibarətdir. Daha sadə kod modelin əsas hərəkətlərini idarə edir, yəni müəyyən yerimə üsulu və balansını qoruyaraq lazım olan istiqamətdə hərəkət etmək üçün ayaqları başqa yerə necə qoymağı öyrədir. Proqram botu inteqrasiya olunan ikinci kod bloku daha yüksək səviyyədə dünyanı analiz edir və bu informasiyadan birinci bloka göstərişləri göndərmək üçün istifadə edir. Beləlikdə vəhdət şəkildə işləyərək onlar yaxşı nəticələrə nail olurlar:

 

 

Bu robotları yeriməyə öyrədən ilk layihə deyil. Layihənin iştirakçılarından biri olan Mişel van de Panne əvvəllər bir araşdırmada iştirak edirdi: burada simulyasiya kompüterlərə qeyri-adi obyektləri necə “canlandırmağı” öyrədirdi və proqramlar yüksək nəticələr göstərirdi. Kenquruya oxşayan məxluq daha aşağı sürətlə hərəkət etməyi, lakin daha yüksəyə tullanmağı daha üstün hesab edirdi.

 

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR