Hindu Omarou İbrahim: Planetimizdə normal şərait yaradaraq həyatımızı qoruya bilərik
Bizim xalqımız yarımköçəri həyat sürür. İki milyona yaxın insan məcburi köçkün olub. Son altı aydakı istilər nəticəsində qoca və uşaqlar arasında ölənlər oldu. İstilər nəticəsində yaranmış quraqlıq çox faciəvidir.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,bu sözləri Birləşmiş Millətlər Təşkilatının Yerli Problemlər üzrə Daimi Forumunun (UNPFII) 23-cü sessiyasının sədri, Çadın Mbororo xalqının yerli sakini Hindu Omarou İbrahim noyabrın 16-da Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
"Siz parlamentarilər olaraq bu məsələləri qaldıra bilərsiniz. Büdcələrinizdən bu sahəyə nə qədər vəsait ayrılacağını danışa bilərsiniz. Hələ də inkişaf etmiş ölkələr maliyyə məsələlərini müzakirə edir. Burada söhbət hamının həyatda qalmasından gedir. Maliyyə ayrılmasa və iqlim dəyişikliyinə qarşı səmərəli mübarizə aparılmasa biz Yer üzündən yox olacağıq. Biz ekosistemlərin qoruyucularıyıq. Bizdə ənənəvi biliklər var. Planetimizdə normal şərait yaradaraq həyatımızı qoruya bilərik", - deyə o vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət