Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İdman zalını əvəz edəcək həbin reallaşmasına az qalıb

İdman zalını əvəz edəcək həbin reallaşmasına az qalıb
Sakura

İdman zalını əvəz edəcək həbin reallaşmasına az qalıb

Əksər insanlar tənbəllikdən artıq çəkilərini azaltmaq üçün idman zalına getmək və özünü formaya salmağa çalışmırlar. Əczaçı şirkətlər bunu çox gözəl başa düşür, buna görə də tənbəl insan üçün məşqi əvəz edəcək preparatın hazırlanması üzərində gedən işlər çoxdan həyata keçirilir. Bu çox aydın məsələdir: həbi içdin və heç bir əlavə yüklənmə olmadan qarını əritmək. Lap nağıl kimi! Bu nağıl görünür tezliklə reallaşa bilər.

Solk bioloji araşdırmalar İnstitutundan olan alimlər qrupu bu istiqamətdə çox vacib kəşfə imza atıblar. Laboratoriya siçanlarını xüsusi kimyəvi birləşmələrlə bəsləmə prosesində məlum oldu ki, gəmiricilər xüsusi preparatın təsiri altında 70%-ə qədər daha çox qaça bilirlər. Özlüyündə söhbət idman zalını əvəz edən həbdən getmir. Amma orqanizmin fiziki dözümlülüyünü hiss olunacaq dərəcədə artıran üsul tapılıb. Bu araşdırma digər layihədə (uzun müddətli qaçış zamanı orqanizmdə gedən proseslərin aydınlaşdırıması) davam etdirilir.

Artıq çəkinin yığılmasına və böyük məsafədə qaçanlarda ayrılan insulinə reaksiya verməyə cavabdeh olan geni aktivləşdirən kimyəvi birləşməni müəyyənləşdirməklə alimlər bu bilikləri unikal preparatın hazırlanmasında istifadə etmək imkanını əldə ediblər. Orqanizmin metabolik proseslərini yenidən proqramlaşdıraraq birləşmə əzələlərə imkan verdi ki, əvvəl 160 dəqiqəlik qaçış müddətini 270 dəqiqəyə artırılsın. 100 dəqiqəlik artım alimlərin özünü belə təəccübləndirdi. Məşq zamanı bu müddəti artırmaq üçün insana ən azı bir həftə gərgin məşq lazımdır. Siçanlar isə bu “dərman”ı qəbul etdilər və prosessional yürüşçü oldular.

Alimlərin kəşf etdikləri digər vacib fakt o oldu ki, yüklənmə ilə orqanizmdəki piyin əriməsi dözümlülüyün birməsi xəstəliyinin nəticəsi deyil, sadəcə olaraq beynin düzgün işləməsi üçün vacib olan qlükozanın saxlanılması üçün kompensasiya mexanizmidir. Məhz qlükozanın belə qənaəti dözümlülüyü kəskin artırmağa imkan verir. Hazırda Solka İnstitutunun alimləri digər preparatın hazırlanması üzərində işləyirlər. Bu dəfə onlar lazımi genin aktivləşdirilməsi hesabına enerjinin qəbulu üçün karbohidratların əridilməsinə cavab verən digər genə təsir edərək piyin əridilməsini gücləndirməyi planlaşdırırlar. Sadə formada desək onların gələcək preparatı orqanizmə əlavə fikizi yükə ehtiyac olmadan piydən enerjini sərf etməyə imkan verəcək. Bu da hər hansı “dözümlülük gücləndiricisi”ndən fərqli olaraq insan arzularına daha yaxın olacaq bir vasitə deməkdir.

Alimlər qrupunun üzərində işlədiyi həblər gələcəkdə nəinki əlavə çəkili tənbəl insanlara, həmçinin ikinci qrup şəkər xəstələrinə, qismən iflic xəstələrinə, əzələləri atforiyaya uğrayanlar və digər insanlara da kömək edəcək. Lakin hələlik bu reallaşdırımasına vaxt tələb olunan elmi layihə olaraq qalır.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR