Slimfit
  1. TƏBİƏT

Yeni delfin növü müəyyən olunub

Yeni delfin növü müəyyən olunub
Sakura

Yeni delfin növü müəyyən olunub

Alimlər 30 milyon il əvvəl yaşamış dişsiz cırtdan delfinlərini yeni cins və növə ayırdı. Bununla yanaşı bu qədim dəniz məməlilərinin hansı üsulla qidalanmasını izah etmək mümkün oldu.

Tədqiqatçılar 30 milyon yaşı olan iki cırtdan delfin qalıqlarını araşdırdılar. Belə delfinlərin dişləri olmayıb və onlar göründüyü kimi öz ozlərini dənizin dərinliyində udurdular. Çənə qalıqları Cənubi Karolinada müxtəlif vaxtlarda tapılıb: birinci 30 il əvvəl, ikinci isə bu yaxınlarda.

Paleontoloqlar məxluqu yeni cins və növə ayırdı – Inermorostrum, bu da nəsli kəsilmiş ksenorofidlər (Xenorophidae) ailəsinə məxsusdur. Çənədə qan damarlarının və sinirlərin keçdiyi daha böyük çıxıntılar alimləri bu fikrə gətirdi: cırtdan delfinlərin qidanı sormağa imkan verən daha böyük ağzı ola bilərdi. Tədqiqatçılar güman edir ki, qədim dəniz məməlisinin qısa bığı da ola bilərdi (morjun bığlarına oxşar), bu da onlara çöküntülər arasında axtarış zamanı ovunu daha yaxşı hiss etməyə imkan verirdi. Onların dəyərləndirməsinə görə qədim delfin 1,2-1,5 metr uzunluğa (bu gün bu ölçüdə kaliforniya dəniz donuzları var ki, onların da nəsli kəsilmək üzərdir)malik idi.

Onların dəyərləndirməsinə əsasən qədim delfinlərin uzunluğu 1,2-1,5 (bu gün nəsli kəsilməkdə olan kaliforniya dəniz donuzlarının da ölçüsü bu qədərdir) metr olub. Alimlər həmçinin qeyd edir ki, dişsiz delfinlər böyük ehtimalla sahil və dayaz sularda qida axtarırdılar.

Tədqiqatçıların sözlərinə görə Inermorostrum dörd milyon il əvvəl müasir bığlı balinaların əcdadları olan dişli balinalardan sonra özlərinin qeyri-adi qidalanma üsulunu inkişaf etdirmişdilər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR