Slimfit
  1. MARAQLI

Danışan balinalar

Danışan balinalar
Sakura

Danışan balinalar

Yeni elmi araşdırmalar dünyanın bütün okeanlarında rast gəlinən qatil balinaların qəribə xüsusiyyətini ortaya qoyub.

Publika.az xəbər verir ki, alimlər qatil balinaların insan səsinə bənzər səslər çıxara bildiyini üzə çıxarıb.

Araşdırmada üzərində analizlər aparılan 14 yaşlı “Viki” adlı balina ingiliscə “salam”, “Amy” və “bay bay” kimi sözləri təqlid edib. Əlavə olaraq, 3-ə qədər saymağı da bacarıb.

“Guardian”ın xəbərinə görə, bu balinaların bəziləri ilk cəhddə, bəziləri isə bir neçə sınaqdan sonra insanları təqlid edə bilirlər.

“P​roceedings of the Royal Society B: Biological Sciences” adlı dərgidə yayımlanan araşdırmada qatil balinaların digər növdən olan balinaları, həmçinin, dəniz şirləri və buynuzlu delfinləri də təqlid edə bildiyi bildirilib.

Elm adamları bu araşdırmanı balinaların niyə fərqli-fərqli səslər çıxardığı mövzusuna şərh gətirə biləcəyini deyiblər.

Qeyd edək ki, bu balinalar insan və balina səslərini ayırd etmədən təqlid olunması tələb edilən istənilən səsi təkrar edə bilirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR