ABŞ sahilində yeni ada peyda oldu
Şimali Karolina ştatı sahillərində qeyri-adi formalı ada peyda olub. 300 metr eninə məxsus torpaq sahəsi balina sümükləri, balıqqulağı və gəmi qalıqları ilə örtülüb.
Şimali Karolina ştatının əsas təbii görməli yerlərindən biri Outer Banks adlı 320 km-lik uzunluqda dar baryerli qumlu adalardan ibarət zolaqdır. Onların tərkibinə Hatteras adası və eyni adlı burun (Cape Hatteras) daxildir. Bu Şimali Amerikanın şimal-şərq – cənub-qərb oxu üzrə ən kənar cənub-şərq nöqtəsidir.
Hatteras burununun akvatoriyası (su sahəsi) çox dinamikdir. Burada iki okean cərəyanına rast gəlinir: cənuba istiqamətlənən soyuq Labrador və şimala istiqamətlənən Florida (Qolfstrim). Onların toqquşması güclü qasırğalara səbəb olur; bu sakit olmayan sularda gəmi qəzaları o qədər tez-tez baş verir ki, Hatteras burununun ətrafındakı sahəni “Atlantika qəbiristanlığı” adlandırırlar.
Fırtınalı sular həmçinin qumdan quru sahələr yaradır, lakin onlar çox qalmırlar – növbəti cərəyan qumu okean dibinə geriyə aparır. Burada istisnanı 1.6km uzunluğa və 300m eninə malik höqsvari mikroada təşkil etdi: apreldə yaranan ada hələ də öz yerində qalıb. Onun səthi balıqqulağı, həmçinin köhnə gəmi qalıqları və dəniz sakinlərinin sümükləri ilə örtülüb.
Adaya dayaz su ilə sərbəst getmək olmaz: bu sahə balıqçılıq üçün məşhur yer sayılır və dibində çoxlu qarmaq var. Bundan əlavə buraya tez-tez köpək balıqları üzüb gəlir. Lakin bu da turist axınının qarşısını ala bilmir, “Shelly Island@ qeyri-rəsmi adını alan adaya baxmaq istəyənlər günü gündən artır.
Bu başa düşüləndir: dəniz cərəyanları və qasırğaların formalaşdırdığı bu ada istənilən anda yoxa çıxa bilər, böyüyə bilər və ya digər adalara birləşə bilər.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət