Dərc edildi: Baxış sayı: 104
Astana sakinləri Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər
Astana sakinləri Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarının (AZAL) "Embraer 190" təyyarəsinin qəzası zamanı həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycan səfirliyinin qarşısına gül dəstələri gətirirlər.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Bildirilir ki, Qazaxıstan paytaxtının sakinləri həlak olanların yaxınlarına dəstəklərini də ifadə ediblər.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan və Qazaxıstan vətəndaşı olan bir qrup şəxs Mangistau vilayətində yerləşən regional xəstəxanaya axın edərək yaralılara yardım məqsədilə qanvermə aksiyası keçiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət