Slimfit
  1. MARAQLI

Çində ağıllı “Delfin” işə düşüb

Çində ağıllı “Delfin” işə düşüb
Sakura

Çində ağıllı “Delfin” işə düşüb

Şanxayda “İ-Dolphin” adlı ilk ağıllı Çin gəmisi suya buraxılıb. 

“Seanews.az” xəbər verir ki, unikal üzən vasitə “China Merchants Group” şirkətinin sifarişi əsasında inşa edilib.  

“İ-Dolphin” Çin gəmi təsnifatı cəmiyyəti tərəfindən sertifikatlaşdırılmış dünyanın ilk intellektual gəmisidir. Uzunluğu 179, eni 32 metr olan gəmi 38.800 ton yük götürmə qabiliyyətinə malikdir.

Gəmi alternativ marşrutlar haqqında məlumat toplamağa imkan verən innovativ naviqasiya sistemi ilə təchiz edilib. Sistemin təqdim etdiyi marşrutlar rahatlığı ilə seçilir. Üstəlik, bu yollar vaxta və yanacağa qənaət etmək baxımından da üstün sayılır.

“İ-Dolphin” Çin və Avstraliya arasında müntəzəm reyslərdə, həmçinin Cənub-Şərqi Asiya ölkələri arasında hərəkət edəcək.

 

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR