Slimfit
  1. MARAQLI

Tərbiyənin özəyi

Tərbiyənin  özəyi
Sakura

Tərbiyənin özəyi

     Uşaq təlim-tərbiyəsi neçə əsrlərdir ki, alimlərin maraq dairəsinə çevrilmişdir. Bu səbəbsiz deyildir. Cəmiyyətin düzgün formalaşdırılması, insanları nöqsansız gormək üçün usaqların təlim­- tərbiyəsi birinci vasitədir. Odur ki, uzun illər və müxtəlif alimlərin apardıgı müşahidələr bunu sübut edir ki, hər bir şüurlu varlıgın əsl insan – kamil insan kimi yetisməsində ilkin tərbiyə, yəni bünövrəsi düzgün qoyulmuş tərbiyə şərtdir.

     Bu günkü şagirdlərin- uşaqların düzgün formalaşdırılması çox mübahisələrin yaranmasına səbəb olub . Telekanallarda aparılan verilişlərdə, pedoqoji söhbətlərdə hərə öz dünyagörüşü və həyat təcrübəsinə əsaslanaraq fikir yürüdür.

      İnsanın yetişməsində başlıca amil mühitdir. Hər bir korpənin yaşadiğı mühitin əzəli ailədən başlayır. Odur ki, ağ kağız kimi təmiz olan usaq beyni nəyi görsə, nəyi dərk etsə, onu da götürür. Ona görə də ailədə düzgün təlim- tərbiyə alan uşaq sonradan, yəni məktəbdə yaxşinin üzərinə daha yaxşıları  əlavə edir və nizam- intizamlı şagird kimi yetişir, mustəqil həyatda da kamil insan kimi səhvsiz yaşayir.

         Bəzən ailədə şıltaq, nadinc, həqiqi mənada tamamilə intizamsız tərbiyə alan uşaqlar məktəbə getdikdə onun təlim – tərbiyəsindəki noqsanları məktəb müəllimlərinin diqqətsizliyi, məsuliyyətsizliyi kimi qiymətləndirirlər. Bu cür düşünən valideynlər və ya hər hansı şəxslər bütün canlıların necə tərbiyə aldıqlarını müşahidə etsələr, səhv anlamda olduqlarını görə bilərlər.

         Canlılar içərisində nəhəng saydıgımız şüursuz balina da təbiətin qanunu olaraq oz balasını yaşamaq ücün istiqamətləndirir. Balasına suda necə nəfəs almağı, suda yaşayan  digər canlılarla necə rəftar etməyi öyrədir. Onu təbiətin qanunlarına uygunlaşdıraraq boyüdür.   

         Quşlar balalarına uçmağı öyrədərkən müsahidə etdiyimiz səhnələrdə  səhvlərin nəticələrini gorə  bilirik. Ana quş balasina ik dəfə qanad açaraq yuvadan kiçik məsafəyə ucmaği öyrədərkən bala  qus anasının gostərdiyi istiqamətdə səhvə yol verir, yerə düşür yaralanır, qanadını sındırır. Ya yerdə ova çervilir, ya da ani səhvə görə hər hansı cəzaya düçar olur.

          Bəli, bütün canlı varlıqların gələcəyi onun ilkin tərbiyəsindən, yəni valideyn tərbiyəsindən başlayır .Ona gorə də valideynlər diqqətli olmalıdır. Çunki təlim- tərbiyəsində qüsur olan usağı formalaşdırmaq üçün çox vaxt və ciddi nəzarət  lazım olur. Həm də hər iki tərəfin qəbul edə bilməyəcəyi şərtlərin yaranması ilə nəticələnə bilir.Bu isə tək bir insanın deyil, bir neçə insanın ağır həyat şəraitinə, faciəsinə səsəb olur və ya cəmiyyətə müəyyən təsirini gostərərək arzu olunmaz hadisələrin yaşadılmasına sərait yaradır.

 

Müəllif: İlhamə Sabirqızı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR