Slimfit
  1. TARİX

Xeops ehramının inşa edilməsinin sirri tapıldı

Xeops ehramının inşa edilməsinin sirri tapıldı
Sakura

Xeops ehramının inşa edilməsinin sirri tapıldı

Misirdə piramidaların öyrənilməsi üzrə böyük layihələr aparılır. Alimlərin beynəlxalq qrupu Xeops piramidasının tikilmə metodunda olan mübahisəyə nöqtə qoyan kəşf ediblər.

Böyük Qiza və ya Xeops (Xufu) piramidasının öyrənilmə tarixi XVIII əsrdə Napoleonun arxeoloq, geodeziya mütəxəssisləri və digər alimləri buraya gətirməsindən başladı. Araşdırmalar bu günə qədər davam etdirilir, lakin bu Qədim Misirin memarlıq sənəti abidəsinin bütün sirləri açılmayıb. Əsasən onun tikintisinin nə vaxt başladığı məlum deyil: radiokarbon metodu e.ə. 2680-ci ildən e.ə. 2850-ci ilə qədər müəyyən edib. Daha bir sirr ağıq blokların uzaq məsafələrə daşınması ilə əlaqədardır.

Müxtəlif misir piramidaları üçün müxtəlif tikinti texnikasından istifadə olunub. Əvvəllər nekropollardan birində XII sülalə zamanına aid freska aşkar olunub ki, onda II Cexutixotepin kirəc heykəlinin üzərinə çəkilən 172 insan təsvir olunub. Araşdırmaya əsasən işçi qumu sulayır ki, bu da sürüşməni asanlaşdırır.

Bəzi piramidalar blokların beşik mexanizmi ilə sürüşdürülməsi yolu ilə tikilib: belə qurğular Yeni krallığın müxtəlif ziyarətgahlarında tapılıb. Bundan başqa bəzi yerlərdə “kvadrat təkər texnologiyası” tətbiq olunub: platformalardan hazırlanan yolda kvadrat bloklar yuvarlanaraq hərəkət etdirilir.

1997-ci ildə arxeoloq Mark Lener (Mark Lehner) 9 metr eninə və 6,1 metr hündürlüyə malik kiçik piramidanın eksperimental tikintisini apardı. 2 ton çəkiyə malik bloklar 12-20 insanın gücü ilə taxta tirlərin taxta döşəmədə sürüşdürülərək istifadəsi şərti ilə hərəkət etdirilirdi.

Lakin bütün sınaq və hipotezlər əhəng daşı və qranitdən hazırlanmış 2,5 ton çəkili blokların Xeops ehramının tikinti yerinə çatdırılması sualına cavab vermirdi. Cavab ancaq 2017-ci ildə tapıldı: Lenerin rəhbərliyi altında beynəlxalq arxeoloqlar qrupu üzərində 40 işçi üzərində bu metodu izah edən papirusu aşkar etdi.

Mətnin şifrəsinin açılması bu bilikləri verdi: əvvəlcə misirlilər Nildən su gətirdilər və yayla vasitəsilə Giza süni kanallarını çəkdilər. Sonra inşaatçılar taxta qayıqları kəndirlə birləşdirdilər və artıq onların köməyi ilə blokları düz piramidanın yanına daşıdılar.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR