Slimfit
  1. İDMAN

Qax idmançıları

Qax idmançıları
Sakura

Qax idmançıları

İdman arenalarında Azərbaycan bayrağını dəfələrlə qaldırmış Qax idmançılarının qazandıqları uğurlar cəmiyyətdə hər zaman böyük ruh yüksəkliyi ilə qarşılanıb.Gəlin onları tanıyaq.

Vaqif Musa oğlu Abbasov.
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman işçisi,sərbəst güləş üzrə idman ustası.Güləş,futbol,yüngül və ağır atletika üzrə respublika yarışlarının qalibi olmuşdur.

Asif Məmmədhənifə oğlu Sayadov
01.06.1977-ci ildə Qax rayonunun İlisu kəndində doğulmuşdur. Orta təhsilini VII sinfə qədər Nizami adına İlisu kənd orta məktəbində və sonrakı illəri Qax rayon Olimpiya idman məktəbində davam etdirmişdir. XI sinifi bitirdikdən sonra ali məktəbə qəbul olunmuş və 1999-cı ildə Bakı Biznes Universitetinin "iqtisadçı-hüquqşünaslıq" fakultəsini bitirmişdir. 2009-cu ildə ikinci ali məktəbə - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. Hələ uşaq yaşlarından idmanın karate, boks, sambo, sərbəst güləş və kiqboksinq növləri ilə məşğul olmuş və tələbəlik illəri dövründən başlayaraq Kunqfu- Sanda və Vin Çun növü ilə məşğul olmağa başlamışdır.
Nailiyyətləri:
7 dəfə azərbaycan çempionu 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001.
Beynəlxalq turnirin qalibi, 1998-ci il Türkiyə
Dünya çempionatının bürünc mükafatçısı 2000-ci il Çexiya
Dünya çempionatının gümüş mükafatçısı 2002-ci il İtaliya
Dünya çempionu 2003-cü il İran
Dünya çempionu 2004-cü il İtaliya
Avrasiya çempionatının qalibi 2005-ci il Gürcüstan
Dünya çempionatının gümüş mükafatçısı 2006-cı il Türkiyə
Dünya döyüş növləri üzrə Beynəlxalq Festivalın qalibi 2007-ci il Rusiya
Dünya çempionu 2009-cu il Misir.
Asif Sayadov peşəkar döyüşçü olması ilə yanaşı həm də bu sahədə təcrübəli məşqçi kimi tanınmaqdadır. Onun tələbələri arasında artıq 15 yeniyetmə dünya çempionatının qalibləridirlər. Bu nailiyyətlərə görə Asif Sayadov Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarı ilə Şərq döyüş növləri üzrə "Respublikanın əməkdar məşqçisi" fəxri adına layiq görülmüşdür.
2010-cu il tarixindən Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasında hakimlər kollegiyasının sədri, Sanda üzrə baş məşqçi və həmçinin Bakı Biznes Universitetində fiziki tərbiyə üzrə baş müəllim vəzifəsində çalışır. Eyni zamanda Asif Sayadov "Beynəlxalq İp Man Vingçun-Kungfu Assosiasiyası"-nın Azərbaycan üzrə baş-instruktoru və Respublikamızda fəaliyyət göstərən "Ving Çun - Real döyüş sənəti İdman klubu" MMC-nin təsisçisi və rəhbəridir.

 

Balacayev Ömər Rasim oğlu. Qax şəhər 5 nömrəli orta məktəbi bitirmişdir (2011). Yeddi yaşından Kung-fu idman növü ilə məşğul olmağa başlamış, 2003-cü ildə Azərbaycan çempionu olmuş, Moskvada beynəlxalq turnirdə ikinci yeri tutmuşdur. 2004-cü ildə (İtaliyada) dünya çempionatında qızıl, 2005-ci ildə yenə orada iki gümüş medal qazanmışdır. 2009-cu ildə Misirdə keçirilən yarışda ikinci dəfə dünya çempionu olmuşdur. 2005–2008-ci illərdə dörd dəfə Azərbaycan çempionatında qalib gəlmişdir.

Wing Chun, Sanda müəllimi

Təvəllüd: 19.06.1977 Ağçay kəndi

Orta-Peşə təhsili

2002 - 2010 Azərbaycan Çempionu, Qızıl mükafatçısı

2003 - Beynəlxalq Turnirin Bürünc mükafatçısı

2007 - İran Kunfu Sanda Dünya 2-cisi, Gümüş medal

2010 - Almaniya Kunfu Sanda, Dünya Çempionu

2012 - Portuqaliya, Dünya Çempionatı Gümüş mükafatçısı

Hədisov Hədis Hədisov Hədis Etibar oğlu
28 iyun 1989-cu ildə Qax şəhərində anadan olmuşdur. 2000-ci ildən ağır atletika ilə məşğul olmağa başlamışdır. 5-9 oktyabr 2005-ci ildə Azərbaycan Ağır Atletika Federasiyasının kuboku yarışlarında I yerə layiq görülmüşdür. 15-17 may 2006-cı ildə Bakı şəhərində Yeniyetmələrin V Respublika Oyunlarında I yerə layiq görülmüşdür. 8-12 iyun 2006-cı ildə Lənkəran şəhərində Azərbaycan Respublikası gənclər arasında birinciliyində I yerə layiq görülmüşdür. 12-14 avqust 2006-cı ildə Bakı şəhərində Azərbaycan Ağır Atletika Federasiyasının Kuboku I yerə layiq görülmüşdür. 20-23 fevral 2007-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Gənclər arsında Azərbaycan birinciliyi yarışlarında I yerə layiq görülmüşdür 22-28 noyabr 2010-cu ildə Gənclər arasında Avropa birinciliyində Cənubi Kipr Limassol şəhərində VII yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. 2007-ci ildə Qax şəhər 4 saylı tam orta məktəbi bitirmişdir.

Balacayeva Xanım.
9 yaşlı məktəblilər arasında dünya çempionu.X.Balacayeva bu yüksək ada layiq görülmüş üçüncü şahmatçımızdır. Bundan əvvəl beynəlxalq qrossmeyster Aynur Sofiyeva və FİDE ustası Pərvanə İsmayılova da bu şərəfli ada layiq görülmüşlər.Azərbaycan Respublikası 16 yaşadək şahmat olimpiadasında I yer.

 
Abidov İlham Əzəddin oğlu
Abidov İlham Əzəddin oğlu- 15 sentyabr 1987-ci ildə Qax şəhərində anadan olub.
1994-cü ildə Qax şəhər 4 №-li orta məktəbə daxil olub, 2005-ci ildə həmin məktəbi bitirib.
2005-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 2009-cu ildə bitirib.
2004-cü ildə Yeniyetmələrin IV Respublika oyunlarında Bakı şəhərində iştirak edib və II yeri tutub.
2007-ci ildə Gənclər, Avrova birinciliyi, Belqrad, Serbiyada IV yeri tutub.
2007-ci ildə Gənclərin Dünya birinciliyi, Pekin, Çində IV yeri tutub.
2007, 2008, 2009, 2010, 2011-ci illərdə Azərbaycan Milli Xalq Oyunları Spartakiadasında Milli Güləş idman növü üzrə- 1 yeri tutub.
2009-cu ildə Ukrayna turniri, II yeri tutub.
2008-ci ildə Gənclər arasında Atatürkün xatirəsinə həsr olunmuş Beynəlxalq turnirində - I yeri tutub.
2008-2009-cu ildə İsaq Səfərovun xatirəsinə həsr olunmuş Beynəlxalq turnirində Gəncə şəhərində - I yeri tutib.
2009-cu ildə Tələbələr arasında Respublika çempionatında- I yeri tutub.
Azərbaycan gəncləri arasında 2008-2009-cu illərdə - I yeri tutub.
2010-cu il oktyabrın 16-da hərbiçilər arasında Respublika birinciliyinin qalibi olub.
2012-ci ildə Olimpiya İdman liseyində sərbəst güləş üzrə məşqiçi-müəllim işləyib.
 
Dərişov Ehtiram Didey oğlu
28.12.1988-ci ildə Qax Rayonunun Zərnə kəndində anadan olmuşdur. 1996-cı ildə Zərnə kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 2007-ci ildə məktəbi bitirmişdir. 2001-ci ildə Qax Uşaq Gənclər İdman Məktəbində sərbəst güləşlə məşğul olmuşdur. 2006-cı ildə Qax şəhərində Pankration idman növü ilə məşğul olmağa başlamışdır. 2006-cı ildə Wushu sanda, 2010-cu ildə Juijitzo, 2011-ci ildə pankration üzrə respublika çempionu olmuşdur. 2010-cu ildə pankration üzrə Bakıda keçirilən beynəlxalq turnirdə çempion olmuşdur. 25-26 sentyabr 2010-cu il tarixdəGürcüstanın Tbilisi şəhərində keçirilən Fre-Fiqnatinq (sərbəst döyüş növü) üzrə Dünya kubokunda çempion olmuşdur. 4-5 dekabr 2010-cu il tarixdə Yunanıstanın Zokltraki şəhərində keçirilən pankiration üzrə dünya çempionatında 3-cü yeri tutmuşdur. 07.02.2011-ci ildə İtaliyanın Salerno şəhərində keçirilən pankration üzrə Avropa çempionatının çempionu olmuşdur. 16-20 oktyabr 2015-ci il tarixdə Türkiyənin Alanya şəhərində pankration üzrə Dünya çempionatında 2-ci yeri qazanmışdır.
Hal-hazırda Pankration üzrə Pespublikanın yığma komandasında məşğul olur.
Nazim Nəzir oğlu Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası. 2007-2009-cu illərdə qadınlardan ibarət Azərbaycan yığma komandasının sərbəst güləş üzrə baş məşqçisi olmuşdur. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentı tərəfindən “Tərəqqi” medalı və 2008-ci ildə isə Fəxri diplomla təltif olunmuşdur.2010-cu ilin dekabr ayında ona Azərbaycan Respublikasının “Əməkdar məşqçisi” Fəxri adı verilmişdir.Hal-hazırda sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü və Beynəlxalq dərəcəli idman ustasıdır. Ailəlidir. İki övladı var.
Mais Qurban oğlu Şabanov
Görkəmli futbol məşqçisi kimi tanınmış,uzun illər Qazaxstanın adlı-sanlı futbol komandalarının,məşhur,Şaxtyor" komandasının baş məşqçisi olmuşdur.Bədən tərbiyəsi və idman əlaçısı","Xalqq maarif əlaçısı","Respublikanın əməkdar məşqçisi" fəxri adları və onlarla müxtəlif təltifləri vardır.
Aynur Sofiyeva — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.Sofiyeva Aynur Məmmədiyyə qızı 19 iyul 1970-ci ildə Azərbaycan Respublikasının Qax şəhərində anadan olmuşdur. 1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci(birbaşa) sinifinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir.

1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşdur. 1991-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası da almışdır.

1998-2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanmışdır. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanmış, bir çox beynəlxalq turnirlərin qalibi olmuşdur.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, Islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanmışdır. 2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olmuşdur.

2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Bayramov Əlövsət Bayram oğlu.
1980-1992 -ci illər ərzində "Kürmük" futbol komandasında oynamış,uzun illər komandanın kapitanı və məşqçisi olmuşdur.1991-ci ildə komanda 1-ci dəstədə oynadığı vaxt "Kürmük" Azərbaycan çempionu olmuşdur.2006-cı ildə Azərbaycanın Respublikasının "fəxri bədən tərbiyəsi və idman işçisi "adı verilib.2010-cu ildə "Dövlət Qulluğunda Fərqlənməyə görə "medalıyla təltif olunmuşdur.
Kamran Vahid oğlu Məmmədov.
Yunan-Roma güləşi üzrə peşəkar idmançıdır.İki dəfə Azərbaycan bir dəfə Avropa və Dünya çempionu olmuşdur.
Reyhan Fərhad qızı Nəbiyeva.Həndbol üzrə SSRİ idman ustası.SSRİ yeniyetmə və gənclər arasında oyunların gümüş medalçısı, yüksək liqanın əvəzedici komandaları arasında SSRİ çempionu, SSRİ vəMDB dövlətləri çempionatlarının mükafatçısı,Avropa və dünya çempionu, Avropa kuboku oyunlarını iştirakçısı ,dəfələrlə Azərbaycan çempionatlarının ," cellenge Tophu" kubokunun qalibi olmuşdur.
Məmmədov Ramil Nurislam oğlu
1979-cu il martın 21-də Qax rayonunda anadan olmuşdur. 1 saylı orta məktəbi 1996-cı ildə bitirmişdir. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Dəfələrlə Respublika çempionatının qalibi və mükafatçısı olub.
2002-ci il dünya çempionatı III yer - İtaliya
2004-ci il dünya çempionatı II yer - Macarıstan
2006-ci il dünya çempionatı III yer - Rusiya
2010-ci il dünya çempionatı I yer - Ukrayna
2011-ci il Asiya çempionatı I yer - Gürcüstan
2011-ci il dünya çempionatı II yer - Ukrayna
2005-ci ildən rayon UGİM-də sərbəst güləş üzrə məşqçi-müəllim işləyir.
Universal döyüş üzrə idman ustasıdır.
Çoxmübarizəli döyüş üzrə beynəlxalq dərəcəli idman ustasıdır.
Camalov Elvin Sərkər oğlu
Camalov Elvin Sərkər oğlu 1995-ci il 04 fevral tarixdə Qax rayonunda anadan olmuşdur.
4 nömrəli məktəbə 2001-ci ildə 1-ci sinfə getmiş, 9 yaşından futbolla məşğul olmağa başlamışdır.
Futbol mütəxəssislərinin baxışı nəticəsində yeniyetmələrdən ibarət yığma komandaya dəvət olunmuş,eyni zamanda 9-cu sinifdən Qəbələ Futbol Akademiyasına qəbul olmuşdur.
Akademiyada təhsilini davam etdirmək üçün Respublikanın U-17 yaşlı milli komandasında oynamışdır.
2009-2010-cu ildə Qəbələ U-17 komandası ilə Respublika çempionu olmuşdur (I yer).
2010-2011-ci ildə Qəbələ U-17 komandası ilə Respublika II-si olmuşdur (II yer).
2011-ci ildə Azərbaycan U-17 milli komandası ilə Qazaxıstanda keçirilən Prezident kuboku yarışmasının qalibi olmuşdur (I yer).
2011-ci ildə də həmçinin U-17 milli komandasıyla Moldoviyada keçirilən yarışmanın qalibi olmuşdur (I yer).
2011-ci ildə U-17 milli komandayla Bakıda keçirilən caspian Cup turnirinin mükafatçılarından biri olmuşdur.
2011-ci ilin oktyabr ayında Xorvatiyada keçirilən Avropa çempionatında qruplarda III-cü yeri tutmuşdur.
İsmayılova Pərvanə Xalid qızı.
6 fevral 1982-ci ildə Qax şəhərində anadan olub. Qax şəhər 2 N-li orta məktəbi bitirib. Şahmatla 5 yaşından məşğul olub. 6 yaşından başlayaraq müxtəlif Respublika və Beynəlxalq yarışlarda oynayır. Özündən 4-5 yaş böyük qızlarla yarışmasına baxmayaraq 2 dəfə 12 və 13 yaşlı qızlar arasında Azərbaycan çempionu olmuşdur, 14 və 15 yaşlı qızlar arasında isə Respublikada 2-ci nəticə göstərmişdir.
1992-ci ildə (fevral) Kreç şəhərində keçirilmiş 10 yaşlı qızlar arasında MDB birinciliyində 1-ci yeri tutmuş, 12 yaşınadək qızlar arasında isə 4-cü olmuşdur, Almaniyanın Dunsburq şəhərində 10 yaşlı qızlar arasında şahmat üzrə Dünya birinciliyində Dünya çempionu adını qazanmışdır.
1993-cü ildə Avropa birinciliyinin gümüş mükafatçısı, sürətli şahmat üzrə Respublika çempionu, Dünya birinciliyinin bürünc mükafatçısı, qadınlar arasında Beynəlxalq turnirin qalibi, sürətli şahmat üzrə Avropa birinciliyinin gümüş mükafatçısı “Beynəlxalq Şahmat Federasiyasının ustası” adına layiq görülüb.
1994-cü ildə Avropa birinciliyinin gümüş, Dünya birinciliyinin bürünc mükafatçısı, sürətli şahmat üzrə Avropa birinciliyinin çempionu.
1995-ci ildə Dünya birinciliyinin bürünc mükafatçısı.
1996-cı ildə Avropa birinciliyinin bürünc medalı
1999-cu ildə Respublika birinciliyində 2-ci yer.
2000-ci ildə Respublika birinciliyinin çempionu.
Hal hazırda qadın şahmatçıları arasında FİDE (Azərbaycan Şahmat Federasiyası )ustasıdır.
Kərimov Vaqif Nazim oğlu

19.04.1995-ci ildə Qax rayonunda anadan olmuşdur. 2001-ci ildə 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. KungFu Sanda idman növündə 2014-cü ildə Respublika Turnirinin qalibi, 2014 və 2015-ci illərdə Bakı turnirinin qalibi olmuşdur. 25-29 noyabr 2015-ci il tarixdə Türkiyənin Antalya şəhərində keçirilən Qarışıq Döyüş növləri üzrə Dünya çempionatında 2-ci yer tutmuşdur. Kungfu assosiasiyasının fəxri diplomuna laiq görülmüşdür. Azərbaycan Milli Komandasının üzvüdür.Wing Chun döyüş klubunda Asif Sayadovun rəhbərliyi altında məşq edir.
 

Müəlliflik hüquqları Qax tarix-diyarşünaslıq muzeyinin fonduna məxsusdur. Bu fotoların digər saytlarda yayılması ancaq müəllifin razılığı əsasında ola bilər.

Məlumat üçün Mahir Əfəndiyə təşəkkür edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR