Slimfit
  1. SİYASƏT

Yarımstasionar sosial xidmətin əhatə dairəsi müəyyənləşib

Yarımstasionar sosial xidmətin əhatə dairəsi müəyyənləşib
Sakura

Yarımstasionar sosial xidmətin əhatə dairəsi müəyyənləşib

Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

"Ens.Az" xəbər verir ki, qanuna əsasən, yarımstasionar (günərzi) sosial xidmətin əhatə dairəsi müəyyənləşir.

Belə ki, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.

Qeyd edək ki, bu vaxta qədər yarımstasionar sosial xidmət yalnız özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara göstərilib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR