Slimfit
  1. COĞRAFİYA

Dünyanın ən uzun 10 çayı

Dünyanın ən uzun 10 çayı
Sakura

Dünyanın ən uzun 10 çayı

Çayın uzunluğunu müəyyən etmək üçün bir neçə kriteriya mövcuddur. Lakin ilk yerin Amazon və ya Nil çayının tutması məsələsi hələ də mübahisəli olaraq qalır.

 

Amur

Rusiya ilə Çin arasındakı sərhəddə Amur çayı axır, uzunluğu 4500km, sahəsi isə 1,85 km2-dir. Çay Axot dənizinə tökülür, onun sahili isə nadir heyvan və quşların məskəninə çevrilib.

 

Konqo

Konqo çayı Afrikanın mərkəzi hissəsində yerləşir və böyüklüyünə görə Nildən sonra öz kontinentində ikinci hesab olunur. Ümumi uzunluğu 4700km-dir, su hövzəsinin həcmi isə 4 milyon km2-dir. Konqo həm də Zair adı ilə tanınır. Çay Anqola, Zambiya, Tanzaniya, Kamerun, Ruanda və Burundi sakinlərini su ilə təchiz edir. Zair çayının suları Atlantik sularına tökülür.

 

Parana

Bu çay cənubi amerika kontinentində uzunluğuna görə ikinci hesab edilir, ancaq Amazon çayından qısadır. Parananın uzunluğu – 4880km-dir, həcmi isə 2.58km2-dir. Uruqvay, Paraqvay, Braziliya, Boliviya və Argentinadan keçərək Atlantik okeanının sularına tökülür. Parana Cənubi Amerikanın su arteriyası hesab olunur. Burada gəmiçilik çox güclü inkişaf edib.

 

Ob

Sibirdəki ən böyük çaylardan biridir, 5410km uzunluğa və 3 milyon km2 sahəyə malikdir. Ob çayının mənbəsi Altayda yerləşdir və suları Şimal Buzlu okeana tökülür. O Rusiyada ən uzun çay hesab olunur. Onun kənarlarında elektrik stansiyaları və su hövzələri tikilmişdir.

 

Xuanxe

Çayın ikinci adı Sarıdır. Onun əksər hissəsi Çində axır və ölkənn böyüklüyünə görə ikinci çayı hesab olunur. Sarı çayın ümumi uzunluğu 5464km, onun hövzəsinin həcmi isə 750 min km2-dir. Şensi yaylasının hesabına Xuanxe çayı sarı rəngə çalır. Buradan da çayın ikinci adı yaranıb. Bir neçə əsr ərzində yerli mədəniyyət beşiyi hesab olunan Xuanxe bir neçə dəfə istiqamətini dəyişib. Sarı çayın sahilində zaman keçdikcə çoxlu şəhər salınmışdır ki, onlar içmək və məişət ehtiyaclar üçün suyu buradan götürürlər.

 

Yenisey

Məhz Yenisey Sibirdən keçən ən uzun çay hesab olunur. Öz mənbəyini Monqolustanın sərhədindən götürür, suları isə Qara dənizə tökülür. Sibirdən keçən çayın ümumi uzunluğu 5539km, hövzənin həcmi isə 2,8 milyon km2-dir. Yenisey sahillərində regionun əksər sənaye müəssisələrini elektrik enerjisi ilə təmin edən çoxlu elektrik stansiyaları açılmışdır. Sənayenin inkişafı yerli ekologiyanın vəziyyətinə neqativ təsir göstərmişdir.

 

Missisipi

Şimali Amerika kontinentinin rekordçusunun ümumi uzunluğu 6275km, hövzəsinin həcmi isə 3,272km-dir. Missisipi öz mənbəyini Minnesota ştatının şimalında yerləşən Missuri çayından götürür, onun suları isə Meksika körfəzinə tökülür. Yerli aborigenlərin dilindən tərcümədə “Missisipi” sözü “böyül çay” deməkdir. Bu su arteriyası sənaye və ölkənin iqtisadi vəziyyətinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Burada gəmiçilik inkişaf etmişdir.

 

Yançzı

Çinin ən böyük çayıdır. Ümumi uzunluğu – 6300km, hövzəsinin həcmi isə 1,8 milyon km2-dir. Yançzı mənbəyini himalay buzluqlarından götürür. Ölkənin içərisindən axaraq ikiyə bölən çayın suları Şərqi Çin dənizinə tökülür. Yançzı ölkə üçün böyük əhəmiyyət daşıyır, onun üzərində böyük şəhərlər yerləşdir.

 

Amazon

Amazon çayı iki böyük çayın birləşməsi nəticəsində yaranıb. Onun uzunluğu 6400km, hövzəsinin həcmi isə 7 milyon km2-dir. Amazon çayı Peru, Braziliya, Venesuela, Kolumbiya,  Qayana və Ekvadordan keçir. Bundan başqa ona kontinentin bir çox böyük çayları tökülür. O da öz növbəsində Atlantik okeanına axır. Amazon çayının sahillərində çoxlu sayda heyvanlar yaşayır.

 

Nil

Rekordçu olaraq uzunluğu – 6650km, hövzəsinin həcmi isə 3 milyon km2-dir. Nil afrika kontinentinin şimal-şərqində yerləşir, öz suyunu Aralıq dənizinin hövzəsinə daşıyır. Onu Efiopiya, Keniya, Misir, Sudan, həmçinin Uqanda və Eritreyanın ərazisində görmək olar. Dünyanın ən uzun çayı sakinlərin həyatında böyük rol oynayır. Onun üzərində böyük portlar və elektrik stansiyaları yerləşir. O qədim sivilizasiyanın beşiyi hesab olunur.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR