Slimfit
  1. AVTO VƏ MOTO

Tesla avtopilotu qəzadan yayındı: real nümunə

Tesla avtopilotu qəzadan yayındı: real nümunə
Sakura

Tesla avtopilotu qəzadan yayındı: real nümunə

Ens.az Populyarnaya Mexanika-ya istinadən xəbər verir ki, Tesla elektromobillərinin avtonom idarə edilməsi sistemini mətbuatda tez-tez tənqid edirlər və bu da boş deyil: təəssüf ki, tesla avtopilotu bir neçə insanın tələf olmasına səbəb olub ki, elektronika müəyyən səbəblərdən onları xilas edə bilməyib. Amma bu o demək deyil ki, avtopilot faydasız və ya təhlükəlidir! Bu da sizə əla nümunə.

Qırmızı rəngli Tesla Model 3 elektrokar sahibi şəhərətrafı şosedə sağ zolaqla avtopilot rejimində hərəkət edirdi. Sol tərəflə hərəkər edən gümüşü Chevroletlə yarışarkən, qəfil onların arasından dəhşətli qəza yarada biləcək Toyota Yaris ötüb keçdi. Bu zaman nə baş verdi: “Tesla”nın avtonom idarəetmə sisteminin radarları arxadan yaxınlaşan avtomobili aşkar etməyi bacararaq yavaşlamaq və bir az sağ və boş tərəfə keçmək qərarı verdi ki, Yaris maşınların arasından keçib irəliyə hərəkət edə bilsin.

Vəziyyətin ətraflı təhlili Tesla avtopilotunun necə şimşək sürətilə işləməsini əla göstərir. Özünüz baxın: elektromobillin avtonom hərəkət rejimində sürəti təxminən 100km/s idi. Arxadan yaxınlaşan Toyota Yarisin sürəti isə 120km/s idi. Əgər “Tesla” öz zolağında qalsaydı, toqquşmadan qaçmaq mümkün olmazdı: “Toyota”nın onların arasından maneəsiz keçib getməsi üçün elektrokarla “Şevrole” arasındakı məsafə çox azdır. Yüksək sürəti nəzərə alsaq, hadisə insan tələfatı olmadan keçinə bilməzdi. Amma əsas olan odur ki, avtopilotun reaksiya vermə zamanı 0,4 saniyə oldu, bu da insandan 2 dəfə sürətli olması deməkdir!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR