Bəs siz qulağınızın hər ikisinin eyni eşitməsini düşünürdünüz?
İnsanın beyninin sağ və sol yarımkürəsi tam eyni deyil. Səslərdən danışsaq eşidilən informasiyanın şifrədən açılmasına sol yarımkürə cavabdehdir, sağ isə bu səslərin çalarlarını və tonu ayırır. Alimlər bu haqda çoxdan bilirlər, bu da sol yarımkürənin analitik düşüncə ilə, sağın isə yaradıcılıq və emosionallıqla bağlı olduğu ilə əlaqədardır.
Lakin yeni araşdırma göstərdi ki, bu fərqlilik artıq səslərin emalı prosesində aşkarlanır. Qulaq hüceyrələri vibrasiyanın artırılması üçün genişlənib sıxılaraq səsə reaksiya verir, bu da sonradan beyinə daxil olansinir impulslarına çevrilir. Məhz bu reaksiya zamanı aşkar olunmuşdur ki, sağ qulaq insan danışığını xatırladan ritmik səslərə daha yaxşı reaksiya verir, sol isə musiqiyə üstünlük verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət