Slimfit
  1. TEXNOLOGİYA

Suya düşən telefonunuzu belə xilas edin

Suya düşən telefonunuzu belə xilas edin
Sakura

Suya düşən telefonunuzu belə xilas edin

Bəzən telefonun xarab olması və ya həmişəlik keyfiyyətsiz işləməsi üçün bir neçə damcı su və ya azacıq nəmişlik bəs edir. Şübhəsiz bu zaman ən yaxşı çıxış yolu servisə müraciət etməkdir. Lakin belə imkanınız olmasa nə etməlisiniz?

Sizin üçün suya düşən mobil telefon üçün ilk yardım məsləhətlərini təqdim edirik:

             Telefonu sudan çıxarmaq və cəld söndürmək lazımdır. Çünki telefon hissələri saniyələr içərisində suyu buraxır. Telefonu qurumasına əmin olmasanız işə salmayın. Bundan başqa telefonun içərisinə düşən su qısaqapanma yarada bilər.

                Telefonu sudan çıxaran kimi dərhal onun qapağını və daha sonra batareyasını çıxarın. Bu daxili sxemlərin zədələnməsi riskini azaldacaq. Telefonu və onun hissələrini səliqəli şəkildə kağız salfet və ya yumşaq parça ilə qurulayın.

               Sim-kartı çıxarın. Onu qurulamaq, telefonun özü istifadəyə hazır olana qədər kənarda saxlamaq və qurumaq üçün gözləmək lazımdır.

                Qulaqcıq, yaddaş kartı, həmçinin telefondakı boşluqlar, çat və yarıqları örtən (çexol və qoruyucu örtük) bütün periferik qurğuları söndürmək və çıxarmaq lazımdır.

Əgər tozsoran varsa suyu üfürmək üçün ondan istifadə edin. Nəmişliyin qalıqlarını aradan qaldırmaq üçün 20 dəqiqə ərzində telefonun hər bir hissəsini üfürmək lazımdır. Bununla yanaşı telefonu fırladaraq bütün tərəflərini üfürmək lazımdır.

Telefonu tozsoranın şlanqına çox yaxın aparmayın, əks halda statik elektrik yaranacaq ki, bu da telefona daha çox ziyandır.

Telefonu qurutmaq üçün heç bir halda fendən istifadə etməyin, hətta mülayim rejimdə belə. Belə etməklə siz nəmişliyi telefonun içərisinə üfürə bilərsiniz. Bu da telefonun içərisində olan elektron komponentlər üçün təhlükəlidir. Həmçinin siz telefonun bəzi detallarını əridə bilərsiniz.

Telefonu qurutmaq üçün onu quru düyü olan paketin içərisinə qoya bilərsiniz. Düyü nəmişliyi çıxarır və sorur. Buna görə də ehtimal var ki, telefon və akkumulyatorundan bütün nəmişlik düyüyə sorulacaq və bu da korroziyanı yavaşladacaq. Telefonu düyü paketinin içərisinə qoyarkən qapağını açmaq, akkumulyatoru çıxarmaq və onu da eyni qaba qoymaq lazımdır.

Telefonu düyü paketi və ya konteynerində ən azı 2-3 gün saxlamaq lazımdır. Bu proses ləngdir və bu zaman tələsmək ancaq zərər vura bilər. Telefon quruyarkən nəmişliyin daha yaxşı sorulması üçün vaxtaşırı fırlatmaq lazımdır.

Düyünün əvəzinə adətən satış zamanı ayaqqabı və ya digər əşyalara qoyulan silikon geldən istifadə etmək olar. Silikon gel nəmişliyi düyüdən daha yaxşı sorur.

Hopdurucu materiall qabına qoyulmuş telefonu ilk 6 saat ərzində hər saat yoxlamaq lazımdır. Əgər səthində nəmişlik yığılıbsa onda onu yenidən kağız salfetlə qurutmaq və ya tozsoranla üfürmək lazımdır.

Bütün kənarlarının quruması üçün telefonu günəş şüalarının düşdüyü yerə qoyun.

Telefonu daha əvvəl tozsoranla üfürsəniz və ya düyü konteynerinə qoysanız belə onu hopdurucu və ya kağız salfetin üzərinə qoya bilərsiniz. Bu cizahdan qalan nəmişliyi hopdurmağa kömək edəcək.

Ən azı 24 saat keçdikdən sonra mobil telefonun qurumuş görünməsindən əmin olun. Bütün portları, çat və slotları yoxlamaq lazımdır. Əgər telefon quru və təmiz görünürsə bu zaman akkumulyatoru yerləşdirib onu işə salmağa çalışın. İşə salma prosesi zamanı bütün mümkün səsə diqqətlə qulaq asın: əgər hər hansı səs varsa onda telefon düzgün işləmir.

Əgər telefon quru görünürsə, amma işə düşmürsə ola bilsin ki, bunun səbəbi boşalmış batareyadır. Telefonun enerjisini doldurun. Bundan sonra yenidən işə salmağa cəhd edin.

                Əgər doldurma işə yaramadısa onda servis mərkəzinə müraciət etməyiniz məsləhətdir. Lakin onun suya düşməsi faktını gizlətmək lazım deyil – istənilən halda telefonda problemin səbəbini göstərən indikatorlar var. Problem nə qədər ətraflı izah olunsa mütəxəssislərin onu bərpa etməsi də asan olacaq və onun bərpası üçün daha az zaman sərf ediləcək.

                                                               Məsləhət və xəbərdarlıqlar

 

  •                 Bəzən mağazalarda suya düşmüş telefonların reanimasiyası üçün dəstlərə rast gəlmək olar. Hər ehtimala ondan bir dəsti almağınız məsləhətdir.
  •                 Əgər telefon duzlu sudan xarab olubsa onu təmiz sul ilə qurulamaq lazımdır ki, duz kristalları akkumulyatorun altındakı birləşdiricidə qalmasın
  •                 Nəm obyekti heç zaman tozsoranla üfürməyin. Sizə elektrik zərbəsi dəyə bilər.
  •                 Telefonu dolmaya qoymazdan əvvəl qurutmaq lazımdır.
  •                 Telefonu müxtəlif hissələrinin əriməməsi üçün uzun müddət istiliyin təsirində saxlamayın. Batareyanı qızdırmayın, o axa bilər və ya partlaya bilər.
  •                 Telefonu tam təkbaşına sökməyə çalışmayın. Bu işi professionala etibar edin, belə ki belə təcrübələr qısaqapanmaya və ya kimyəvi maddələrlə zəhərlənməyə gətirib çıxara bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR