Slimfit
  1. PSİXOLOGİYA

Həyatınızı və işinizi yaxşılaşdırmaq üçün yeddi sadə üsul

Həyatınızı və işinizi yaxşılaşdırmaq üçün yeddi sadə üsul
Sakura

Həyatınızı və işinizi yaxşılaşdırmaq üçün yeddi sadə üsul

Uğurlu insanlar konstruktiv düşünür, məqsədyönlü hərəkət edirlər və digərləri ilə yaxşı münasibət saxlayırlar. Bütün bu xüsusiyyətləri istək olsa əldə etmək olar.

Bu qənaətə karyera məsələləri üzrə ekspert Patti Conson, PeopleResults adlı konsaltinq şirkətinin direktoru və “Dalğanı yaxala: işə və həyata baxışı necə dəyişmək lazımdır” (Make Waves: Be the One to Start Change at Work and in Life) kitabının müəllifi gəliblər. Success.com portalı üün yazılmış məqalədə istənilən insanın nəinki karyerada, həmçinin bütün sahələrdə uğurlu olmaq üçün sadə yeddi məsləhət verilib.

Fikirlərinizə nəzarət edin

Onlar sizin hisslərinizi müəyyən edir ki, daha sonra sizin əməlləriniz onlardan asılı olacaq. Öz daxiliniz şübhə və ittihamlarla doludursa özündən əminlik hissini yaşaya bilməzsiniz. Digər insanlarla da belə formada ünsiyyət saxlayacaqsınız ki, bu da yaxşı nəticə verməyəcək.

Düşüncənin yenidən proqramlaşdırılması müəyyən müddət tələb edir. İlk addım öz fikirlərinə diqqəti yönəltməkdir. Vaxtaşırı sadə bir məşq edin: fasilə edib özünüzdən soruşun: “Mən indi nə barədə düşünürəm və niyə? Bu fikirlər mənə kömək edir yoxsa yox?”.

Belə fikirləri incələmə məqsədyönlü şəkildə pozitiv əhvalı yaratmağa səbəb olur. Mənfi fikirlər şüur dağınıqlığı yaradır. Pozitiv isə əksinə hər şeydə yaxşı nəticə əldə etməyə kömək edir.

Emosiyaları öz hərəkətlərinizdən ayırın

Öz hisslərinizi daha yaxşı anlamaq üçün vaxt ayırın. Onları özünüzdən gizlətmək və ya ona məhəl qoymamaq lazım deyil, əsas emosiyalarla əməllərinizi ayırmaqdır.

Deyək ki, həmkarınız sizi məyus etdi və birgə layihə üzərində işləmək çətinləşdi. Öz hisslərinizi  anlayıb daha sonra qərarınızı verin. Ya da dostunuz öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi sizi hiddətləndirir. Vəziyyətə məhəl qoymamaq və ya qəflətən münasibətləri dayandırmaq əvəzinə özünüzlə dürüst olun: onun davranışının birbaşa sizin dostluğunuza necə təsir göstərməsi haqqında yaxşıca fikirləşin.

Sizin hərəkətləriniz əlbəttə ki, istənilən halda emosiyalarınıza əsaslanacaq. Lakin onları nə hiss etdiyinizi dərk edəndən sonra həyata keçirin.

Müqayisə etməyi dayandırın

Hər zaman daha çox uğura, təhsilə və ya pula malik insan tapılacaq. “Özünü digərləri ilə müqayisə et” şərti adlı sonsuz oyun əslində o deməkdir ki, siz heç zaman kifayət qədər yaxşı olmayacaqsınız. Balans hər zaman sizin tərəfə meylli olmayacaq.

Uğuru ölçmək üçün sizə başlanğıc nöqtəsi və qazanılan uğuru nəzərə almaqla individual zolaq olmalıdır. Öz dəyərləndirmə kriteriyalarınızdan istifadə edin. Əsas kimi isə sizin üçün ən az dəyər daşıyanı götürün.

Məsələn: karyeraya üstünlük verən analar vaxt keçdikcə anlayır ki, özünü digər valideynlərlə müqayisədə uşaqların məktəb həyatında daha az iştirakına görə günahkar saymaq lazım deyil. Hər kəsin nə qədər vaxt sərf etməsi əhəmiyyətli deyil. Vacib olan uşaqların sizinlə olub olmamasından asılı olmayaraq özlərini yaxşı hiss etsinlər.

Öz əməllərinizin əsl mənası haqda fikirləşin – bu digərləri ilə sonsuz müqayisəni unudub daha vacib olanlar üzərində fikrinizi cəmləməyə imkan verəcək.

Səhərlər özünüzə bir neçə dəqiqə ayırın

 

Zaman – sizin ən vacib aktivinizdir. Əgər onu ağılla istifadə etsəniz onda istədiyiniz kimi yaşamaq şansı artacaq.

Bütün gününüz onu necə başlamaqdan asılıdır. Nələri çatdırmaq və ona nə qədər vaxt sərf etmək haqqında fikirləşin. Səhər duaları, meditasiya və ya fiziki məşqlər bütün gün, həftə və ya ilə böyük təsir göstərə bilər.

Hər həftə nəyisə dəyişin

Daimi fəaliyyətinizin əvvəlcədən bilinməsi sizi inkişafdan saxlayır. Hər həftə hər hansı bir yeniliyi sınayın.

Şüurlu şəkildə gündəlik ardıcıllığı pozun və əvvəllər etmədiyinizi edin. Hətta kiçik bir dəyişiklik sizə daha çox enerji verəcək.

Hətta nəsə demək istəyəndə belə qulaq asın

 

Digər insanlara qulaq asmaq yeni biliklər əldə etmək, münasibətləri möhkəmləndirmək və bunun nəticəsi olaraq həyatınızı yaxşılaşdırmaq baxımdan çox güclü üsuldur. Lakin müasir dünyada sürət və texnologiya əsas əhəmiyyət daşıdığından ondan çox az istifadə edirlər.

Suallar verin və “bu dəqiqə bütün fikirlərimi söyləyəcəm” haqqında fikirləşmək əvəzinə qulaq asdığınızın mahiyyətinə varın. Sizin səmimi diqqətiniz həmsöhbətiniz üçün ediləcək ən yaxşı komplimentdir.

Hər zaman doğru olmağa cəhd etməklə mübarizə aparın

Bu təşəbbüs hətta ən gözəl münasibətləri belə korlaya bilər. Nəticədə siz ambisilarınızı təmin edə biləcəksiniz, lakin nəyin bahasına – bunun üçün nəyisə və ya kimisə qurban verməyə dəyərmi? Çalışın vaxtında dayanıb özünüzə bir neçə sual verin: bu mümkün yeganə həlldirmi? Biz razılaşmalıyıq yoxsa yox? Nəzərə alınmalı yeni informasiya varmı?

Əlbəttə öz dəyərlərini qorumaq lazımdır və vacib şeylər haqqında öz fikrini demək vacibdir. Lakin məsələnin vacibliyi və münasibətlərin dəyərindən asılı olmayaraq hər zaman doğru olmağa çalışmaq ən yaxşı seçim deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR