Slimfit
  1. PSİXOLOGİYA

İnsanı daha ağıllı edən 10 qəribə məşq

İnsanı daha ağıllı edən 10 qəribə məşq
Sakura

İnsanı daha ağıllı edən 10 qəribə məşq

Neyrobika – beyni inkişaf etdirən psixoloji məşqdir. Bu məşqlərdə 5 hissiyyat orqanı iştirak edir: görmə, eşitmə, iy bilmə, dad bilmə və toxunma. Onların sistemli şəkildə yerinə yetirilməsi beynin müxtəlif sahələrində yeni sinir birləşmələrinin inkişafını stimullaşdırır, sinir hüceyrələrini daha möhkəm edir və yaddaşı yaxşılaşdıran qidaların hazırlanmasına kömək edir.

Sizinlə bu sadə məşqləri paylaşırıq. Onları hər gün səhər etsəniz bir müddətdən sonra müsbət effektini görəcəksiniz.

Dişinizi işlək olmayan əlinizlə yuyun

Araşdırmalar göstərir ki, beynin əks yarımkürəsinin istifadəsi (bu məşqdəki kimi) beyin qabığı sahələrinin sürətli və əhəmiyyətli dərəcədə genişlənməsi nəticəsini göstərir.

Necə etməli: dişinizi işlək olmayan əlinizlə təmizləyin, həmçinin diş pastasının qabını da həmin əllə açmağı unutmayın.

Gözlərinizi yumaraq duş qəbul edin

Toxunma hissləri beynin digər sahələrini aktivləşdirir. Sizin əlləriniz görmədiyinizi hiss edir və bunun haqqında beyninizə siqnal göndərir.

Necə etməli: orqanlardan ancaq toxunma hissiyyatını işlədin (travmaların olmaması üçün çox diqqətli olun). Kranı açın və öz hisslərinizə güvənərək suyu ayarlayın. Sonra gözünüzü yumaraq duş qəbul edin.

Səhər gündəliyinizi dəyişin

Beyin araşdırmaları göstərir ki, yeni məsələlər aktivliyin artması nəticəsində beyin qabığı sahələrini genişləndirir.

Necə etməli: səhər yeməyindən sonra geyinin, səhər idmanı edin və ya itinizlə gəzin, TV-dəki və ya radiodakı sevimli kanalınızı dəyişin.

Adi əşyaların vəziyyətini tərsinə dəyişin.

Siz əşyalara adi vəziyyətindəki kimi baxanda beynin verbal hissəsi onları müəyyən edir və diqqətinizi başqa yerə çevirir. Siz onları tərsinə çevirəndə isə beyninizin sağ tərəfi işə düşür,  ona yad olan bir əşyanın forma və rəngini tanımağa cəh edir.

Necə etməli: ailə şəkillərinizi, divar saatını və ya təqvimi tərsinə çevirin.

Stol başında yerinizi dəyişdirin

Bir çox ailələrdə stol ətrafında hər kəsin bir yeri olur, lakin sizin beyniniz daim yeni təcrübə tələb edir.

Necə etməli: yerinizi dəyişdirin, otağa və insanlara,hətta duz və istiota da fərqli bucaqdan baxın.

Yeni qoxular iyləyin

Siz yəqin kofenin qoxusunun yeni günün başlanğıcına bağlı olduğunu öyrəndiyinizi heç xatırlamırsınız. Yeni sinir yollarını işə salmaq üçün yeni qoxuları (vanil, darçın,nanə) hər hansı fəaliyyət növü ilə bağlayın.

Necə etməli: öz sevimli ətirinizi bütün həftə ərzində çarpayınızın ətrafında saxlayın. Oyanan kimi onu açıb iyləyin, daha sonra yuyunub geyinərkən təkrar edin.

Maşının pəncərəsini açın

Hippokampus xatirələrə cavabdeh olan beyin hissəsidir. Qoxu, səs və obrazlar orda olarsa onlar daha aydın olacaq.

Necə etməli: yolunuzda yeni səs və qoxuları müəyyən etməyə çalışın. Açıq pəncərə sizə bu məsələdə kömək edəcək.

Supermarketdə ərzaqları araşdırın

Mağazalar elə layihələndirilib ki, daha gəlirli məhsullar göz səviyyəsində olsun, buna görə də siz gəzərkən çox məhsulu nərəzinizdən qaçırırsınız.

Necə etməli: mağazada sevimli sırada dayanın və rəfləri yuxarıdan aşağı nəzərdən keçirin. Əgər siz daha əvvəl ona diqqət yetirməyibsinizsə onu götürün, tərkibini oxuyun və onun haqqında düşünün. Siz onu mütləq almalı deyilsiniz, sadəcə siz artıq öz adətinizi pozdunuz və yeni təcrübə qazandınız.

Gün ərzində olan münasibətlərinizin sayını artırın

Elmi araşdırmalar daim sübut edir ki, ünsiyyət çatışmazlığı ümumi dünya görünüşünə mənfi təsir göstərir.

Necə etməli: içmək istəyirsiniz? Ən yaxşısı içkini qazlı içki verən qurğudan deyil mağaza satıcısından alın.

Fərqli şəkildə oxuyun

Biz oxuyarkən, qulaq asarkən, ucadan oxuyarkən və ya özündən danışarkən beynin müxtəlif sahələrini istifadə edirik.

Necə etməli: həmsöhbətinizə ucadan oxuyun, daha sonra həmsöhbətiniz oxusun və siz qulaq asın. Ola bilsin bu zaman kitabı oxumaq daha uzun vaxt tələb edəcək, lakin siz birlikdə daha çox vaxt keçirəcəksiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR