Slimfit
  1. CƏMİYYƏT

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı
Sakura

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.

Ens.Az-ın məlumatına əsasən,TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 21 sentyabr 2024-cü il tarixində Şuşa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Onlar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Yaralılardan 4-ü kişi, 1-i qadındır.

TƏBİB-in məlumatına əsasən, xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər 4 nəfərin vəziyyəti isə orta-ağırdır. Hazırda xəstələrə lazımi tibbi xidmətlər göstərilir və həkimlər onların vəziyyətini nəzarətdə saxlayır.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR