Slimfit
  1. PSİXOLOGİYA

Psixoloqlar tərəfindən bizə zorla qəbul etdirilmiş 5 mif

Psixoloqlar tərəfindən bizə zorla qəbul etdirilmiş 5 mif
Sakura

Stereotiplərdən qurtulmağın vaxtıdır

Mif 1 - qavrama tipi təhsilə təsir göstərmir

İnsanlar audiallara - informasiya eşitmə ilə qəbul edənlərə və vizuallara - informasiya ancaq gözlərlə qəbul edənlərə bölünür. Bundan asılı olaraq onları öyrətmək lazımdır. Amma bu belə deyil. Elmi araşdırmalar göstərir ki, bu tiplərə “təmiz” formada rast gəlinmir.

Mif 2 - Təbəssüm özündən uzaqlaşdıra bilər

Gülümsəmək lazımdır, bununla da siz insanları avtomatik olaraq özünüzə yaxınlaşdıracaqsınız. İndi artıq məlumdur: neqativ emosiyaların yatırılması və gizlədilməsi ancaq zərər vurur. Məcburi heyranlıq qeyri-səmimi və saxta görünür. Əksinə, siz həmsöhbətinizə qəribə görünə bilərsiniz.

Mif 3 - Pozalar əminlik vermir

Guya bizə özümüzü daha əmin hiss etməyə kömək edə biləcək pozalar var. Film qəhrəmanlarına baxın və eynilə hərəkət edin. Amma araşdırmalar göstərdilər ki, bu belə deyil. Bu pozaların heç bir effekti yoxdur.

Mif 4 - Ziddiyyətlər bir-birini cəlb etmir

Ziddiyyətlər bir-birini cəlb edir, necə düşünürsünüz? Bu belə deyil. Əslində isə biz həm xarici, həm də həyati dəyərlər və tərbiyəyə görə oxşayan insanları seçirik.

Mif 5 - Beyin fırtınaları (brainstorming) yaradıcılığa zərər verir

Psixoloqların tövsiyələrini oxuyandan sonra cavan rəislər tabeçiliyində olanlara kollektiv beyin fırtınaları şəklində stress təşkil etməyə başladılar. Guya beləliklə yaradıcı insanlar yeni ideyaları, yanaşmaları və tapşırıqların həllərini daha tez tapacaqlar. Amma bu metod qətiyyən işləmir. Əksinə əməkdaşlarda kreativ ideyaları təkbaşına generasiya etmək daha yaxşı alınır.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Womanhit.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR